Coca Cola'nın emblemi necə yaranıb?

coca-cola.jpg

Dünyaca məşhur qazlı içki markası olan və indi demək olarki hər yerdə asanlıqla tapıla bilən Coca Colanın embleminin necə yarandığını heç düşündünüzmü? İllərdir istifadə etdiyimiz və emblemi görən kimi tanıdığımız bu markanın maraqlı hekayəsi vardır.
Budur Coca'nın doğum hekayəsi.

Məlum olduğu kimi, Coca Cola ilk olaraq qazlı içki kimi deyil, əczaçılıq sənayesində istifadə olunan bir şərbət idi. 1886-cı ildə bu şərbəti Coca Wine kimi patentləşdirən Atlanta şəhərində yaşayan bir eczacı John Pemberton, daha sonra şərbətin qazlı bir içkiyə çevrilməsi fikrini ortaya qoydu. Koka şərbətini qazlı su ilə qarışdıraraq içkiyə çevirməyi bacaran John Pemberton’un yaratdığı bu marka, sürətli bir qrafiklə yuxarıya doğru dırmaşmağa başladı.

Koka içkisi asidli forması ilə çox populyarlaşdıqda və satış rəqəmləri artmağa başladıqda, John Pemberton və ortağı və mühasib Frank Robinson bu gün də qüvvədə olan Coca Cola emblemini yaratdılar. Frank Robinson, markanın adının Coca Cola olmasını təklif edərək, 2 'C' ilə oxunacaq Coca Cola adının xalqa asanlıqla yayıla biləcəyini düşündüyünü söylədi. Daha sonra bu adla bir yazı əsəri də hazırlayan Robinson, Coca Cola'nı öz əl yazısıyla yazaraq bu adı ölümsüzləşdirdi. Cursive script adı verilən bu şrift ilk dəfə Frank Robinson tərəfindən dünyaya bu şəkildə tanıdıldı və ölkəsində, ABŞ-da rəsmi yazı dili olaraq istifadə edildi.

Niyə Coca Cola Rəngləri Qırmızı və Ağdır?
Qırmızı və ağ yazılmış Coca Cola embleminin xüsusilə gənc zehinlərə daha çox təsir göstərəcəyini düşünən istehsalçılar fikirlərində yanılmadılar. Bu gün dünya nəhənginə çevrilən Coca Colanın rəngləri 1886-cı ildən bəri dəyişməz olaraq qalır.

Sort:  
 3 years ago 

Gözəl məlumatdı..Təşəkkür edirəm əziyyət çəkmisiz..Bəlkə də qarşılaşmısız bir vaxtlar bu adla bağlı başqa neqativ açıqlamalar var idi..Və çoxumuz da inanmışdıq.Şəxsi fikrimdi bu da şirkətlər arası rəqabətdi amma sağlam rəqabət deyil...

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 68328.66
ETH 2639.93
USDT 1.00
SBD 2.68