Brendinq nədir? Əsas anlayışlar və istiqamətlər

brending.jpg
Brendinq anlayışının aktiv tətbiq edilməsi orta əsrlərdən başlayır. O zaman sənətkarlar öz əl işlərini xüsusi möhürlərlə nişanlayırdılar. Brendinqin çiçəklənməsi dövrü XX əsrin ikinci yarısına təsadüf edir. Bu zaman bazarda çoxlu sayda bənzər məhsullar meydana çıxmışdı. Həmin məhsulları ayırd etmək üçün onlara xüsusi adlar verilməsi önəmli idi. Brend çoxsaylı məhsullar sırasında xarakteristikaları ayırd etməyə, eyni zamanda müştəriyə daha çox lazım olan məhsulu seçməyə yardımçı olurdu. Məhsullar və xidmətlər tədricən istehlakçılarda xüsusi təəssüratlar formalaşdırmış brendlər ilə əvəzlənirdi. Bununla yanaşı əlavə dəyərlər məhsulun keyfiyyəti və xüsusiyyətlərinə görə müəyyən edilirdi.

Ötən əsrin 90-cı illərindən sonra Brendinq bazar iqtisadiyyatına keçid edən Azərbaycanda da inkişaf etməyə başladı. Ölkəmiz istər yerli, istərsə də xarici brendlərin əsl mübarizə meydanına çevrildi. Zaman keçdikcə mübarizə daha da böyüdü.

Brend anlayış kimi:
“Brend” sözü (brand) ingiliscədən tərcümədə ad, işarə və ya simvol mənasını verir, məhsulu və ya xidməti identikləşdirir. “Brend inşaatı” (Brand-building) – Brend yaradılması. Brendinq (branding) isə brendin yaradılması və inkişaf etdirilməsi prosesidir. Bu proses diferensiallaşma, fərqlilikləri üzə çıxarma, məhsulun bazarda önə çəkilməsi və aktual dəyərlərə uyğun olaraq istehlakçılarla uzunmüddətli ünsiyyət əsasında həyata keçirilir.
Qısacası, Brendinq – istehlakçıların tələbatı olan məhsul və ya xidmət imici yaratmaq üçün həyata keçirilən ardıcıl tədbirlərdir. Daha da qısa söyləsək: Brendinq- brendin idarə olunmasıdır.

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 68348.76
ETH 2644.95
USDT 1.00
SBD 2.69