Uşaqların sevimli şaxta babası

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

55DA3CB9-4F55-4940-BCAB-16FF5D1894B5.jpeg

Əziz Steemitçilər sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edirəm.
Yeni il deyəndə hamının ağlına ilk gələn şey Şaxta baba və yolka ağacı olur. Onun gəlişini ən çox gözləyən isə uşaqlardır. Şaxta baba bütün dünyada uşaqlara hədiyyə paylayan xeyirxaq adam kimi tanınır ))

A1251A33-F2CA-41A6-9605-67453F06CBB0.jpeg

Yəqinki bilirsiz Şaxta babanı hər ölkədə bir cür çağırırılar. Mən sizin üçün başqa ölkələrdə Şaxta babanı necə çağırdıqlarını toplamışam )) Bizdə Şaxta baba, Rusiya və Ukraynada Ded Moroz, Gürcüstanda Tovlis Papa, Almaniyada Vaynaxtsmann, Bolqarıstanda Dyadyo Koleda, Albaniyada Babadimpi, Böyük Britaniyada Faze Kristmas, Yunanıstanda Aqios Vasilis, Danimarkada Yulemanden, İspaniyada Papa Noel, İtaliyada Babbo Natale, Makedoniyada Dedo Mraz, Hollandiyada Kerstman, Norveçdə Yulebukk, Polşada Svetiy Mikolay, Portuqaliyada Pay Natal, Rumıniyada Moş Krakiun, Slovakiyada Yejişek, Sloveniyada Dedek Mraz, Türkiyədə Noel Baba, Finlandiyada Youlupukki, Fransada Per Noel, Çexiya və Macarıstanda Mikulaş, Serbiya, Çernoqoriya, Bosniya və Hersoqovinada Dada Mraz, İsveçdə Yultomten, İndoneziyada Sinterklas, İranda Baba Noel, ABŞ və Kanadada Santa Klaus, Braziliyada Papay Noel, Çilidə Viejito Paskuero, Afrika ölkələrində Papa Noyol, İraqda Goosaleh, Əfqanıstanda Baba Çakalo, Estoniyada Jouluvana, Litvada Kaledu Snelis, Özbəkistanda isə Ayoz Bobo.
Tapa bildiklərim bu qədər )))

23E058FC-EC7F-47B1-8BBB-343EA40FB12B.jpeg

photp
photo
photo

Sort:  
 3 years ago 

Ən yaxşısı Makedoniya, Serbiya, Bosniya ...o tərəflərin dedikləridi. O boyda kişiyə qoyduqları ada bax. Mraz ee 😄😄

 3 years ago 

Santa Kalus ən yaxşısıdı )))

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 67421.82
ETH 2623.68
USDT 1.00
SBD 2.68