Tekila
Meksikanın sərt içkisi olan Tekila içkisinin tarixi çox qədimdir. Adını Meksikanın Tequila qəsəbəsindən alır. Bu içkini ilk dəfə Meksikaya gələn İspaniyalı səyyahlardan distillə etmə texnikasını öyrəndikdən sonra kaktusun növü olan Agava bitkisindən hazırlayıblar. Hazırda 100% agavadan hazırlanmış Tekila içsəniz bilin ki, onun dadı acı yox meyvəli və kəskin bir dad olacaq. Tekilada alkoqolun miqdarı 40% – 45% olur və müxtəlif kokteyllərin tərkibindədə içilir.
Butün Alkoqollu içkilər kimi Tekila da qaldıqca dadı və dəyəri artır. 1-2 ay saxlanmış Tekila “Silver”, 2 aydan 1 ilədək saxlanmış Tekila “Reposado”, bundan daha çox saxlanmış Tekila isə “Anejo” adlandırılır. Tekila nə qədər saxlanmışsa o qədər bahalı olur.
İçində qurd olan Tekila isə kaktusdan hazırlanır. İçindəki qurda “gusano”, qurtlu Tekilaya isə “Mescal” deyilir.
Rəngsiz və açıq qəhvəyi rəngli növləri də olan Tekila, metal və ya şüşə çəlləkdə saxlanılarsa “Blanco” adını alır.
Viski kimi ətirli ağacdan çəlləklərdə saxlanılarsa bu Tekilaya çəlləyin verdiyi ətirə görə “Oro” adı verilir.
Tekilanın içilmə qaydası
Tekilanın ən məhşur içilmə qaydası limon və duzla tekila bardağında hamısını başa çəkməklə içilir. Sol əlin üstü baş barmaqla işarə barmağı arasındakı hissə limonla isladılır və buraya bir az duz tökülür. Bu duzu yaladıqdan sonra Tekila bir dəfəyə içilir və arxasınca bir dilim limon yeyilir. Hər dəfə içərkən təkrarlanır.
Tekila Slammer adlanan üsulda isə shot bardağından biraz uzun viski bardağına bir ölçü Tekila və bir ölçü Tonik əlavə edilir. Bardağın ağzı əl ilə tutulub masaya vurulur və köpükləndirilir. Bundan sonra shot şəklində içilir. Tonik əlavə olunduğu üçün limon və duza ehtiyyac yoxdur.
Bu üsullar Tekilanın sürətli içilmə formalarıdır. Tekilanın dadını yavaş yavaş yudumlayaraq da ala bilərsiniz.
Tekila öz vətənində ya quru ya da yanında biraz sangrita ilə birlikdə içilir.
Yavaş yavaş içilmək şəkllərindən biri də bir bardaq Tekilaya az miqdrada Konyak əlavə edərək yavaş yavaş içə bilərsiniz.
Tekila içdikdən sonra çox hərəkət etmək 40-45% faiz alkoqolu olan bu içkinin qana tez qarışmasına səbəb olur. Bu vəziyyət sizi narahat edə bilər. (Baş hərlənməsi, baş ağrısı, ürək bulanması və s.) Buna görə Tekila içdikdən sonra həddindən artıq və qəfil hərəkətlərdən uzaq olmaq lazımdır.
Məsələn konkret olaraq hansı "hərəkətləri" etmək məsləhət görülür?))🤔
Reski hoqqa verməmək şərtilə istənilən hərəkəti etmək olar )))