Niyənin niyəsi ?

in Steemit Azerbaijan☪✔3 years ago

Bir çoxumuzun niyə ilə başlayan cavabsız sualları çoxdu. Mən özümə maraqlı olan suallara cavab tamışam. Sizədə maraqlı olar deyə sizinlədə paylaşıram ))

Niyə idmançılar məşq zamanı ritmik musiqi dinləyirlər?

B1617425-A947-4B11-A473-2E9CE46C9362.jpeg

Musiqi dinləyəndə, məşqlərin texnikasına fokuslanmaq və lazımsız fikirlərdən uzaqlaşmaq beyin üçün daha asan olur.

Niyə özümüzü qıdıqlaya bilmirik?

0735CEC7-C1E9-4264-BF37-2F952176B62B.webp

Özümüzü qıdıqlamaq istədikdə beynimiz toxunan hissənin öz bədən üzvümüz olduğunu bildiyi üçün məlumatı “iqnor”, yəni bloklayır. Nəticədə özümüzü qıdıqladıqda qıdığımız gəlmir.

Niyə Niderlanda Hollandiya deyirik?

AE763BE9-99FE-4BE4-B12D-41DC066D0713.jpeg

Ölkənin rəsmi adı Niderland Krallığıdır. Niderland alçaq torpaq kimi tərcümə olunur. Rəsmi dilləri Niderland dilidir. Hollandiya Niderlandın 12 əyalətindən 2-sidir. Şimali və Cənubi Hollandiya. Hollandiya ən güclü və zəngin bölgəsidir. Buradakı şəhərlər də dünyanın hər tərəfinə üzən nəhəng ticarət gəmilərinin, pulun və sənətin mərkəzi idi. Dünyaya yayılmış zəngin tacirlər, diplomatlar və alimlər əsasən bu bölgənin sakinləri idilər. Bütün dünya bura Hollandiya, buradan gələnlərə isə hollandiyalılar deməyə başladılar. Niderlandlar ölkələrinə Hollandiya deyilməsini xoşlamırlar.

Niyə yanaqlarımız qızarır?

4DE85F6C-51E6-4141-8CC5-2379B6CBAD82.jpeg

Qızartı üzdəki xırda kapilyarların genişlənməsinə görə yaranır. Qan dəriyə axır və üz qızarır. Üzün qızarması narahatlıq göstəricisidir. Bədənin idarəsi simpatik sinir sisteminə keçir. Bu tip sinir sistemini də biz kontrol edə bilmirik. Buna görə də əsəbləşəndə, utananda, qorxanda, küsəndə qızarırıq.

Niyə qəpik yığmaq üçün olan daxıllar donuz formasında olur?

BB5A6217-DB7A-4924-989E-713D010AC21F.jpeg

Orta əsrlərdə dəmir baha olduğu üçün ev əşyalarını “pygg” adlanan gildən düzəldirdilər. Qəpik yığmaq üçün düzələn qaba isə insanlar “Pygg Bank” deyirdilər. “PYGG” sözü ingilis sözü olan “pig” sözünə bənzədiyi üçün daxılın adı “Piggy Bank” qaldı. Bu isə “donuz daxılı” kimi səslənir.

Niyə pəncə düz olduqda hərbi xidmətə aparmırlar?

B581287A-00FC-4FF0-A2DC-8E9BA126FC03.jpeg

Çünki bu cür pəncə ilə yerimək çətindir. Düz pəncədən əziyyət çəkən bir adamın yeriyərək uzun məsafə qət etməsi çox çətin olur. Düz pəncəli ayaq üzərinə bədənin ağırlığı bərabər yayılmır. Buna görə də ayaqlar tez yorulur. Onların hərbi xidmətdə fəaliyyəti də sağlamlıq üçün ciddi təhlükəyə səbəb ola bilər.

Niyə “Coco Chanel”in ilk ətri N1 yox, N5 olub?

8C8516F2-2975-434F-A25A-486BA4960A11.jpeg

Koko Şanel Ernest Bodan qadın ətrini yaratmasını xahiş edir. Bo seçim üçün 10 ətir nümunəsini təqdim edir. Koko Şanel bunlardan 5-ci ətiri seçir. Buradan da ilk ətir yarandı. Qeyd edək ki, Şanelin sevimli rəqəmi “5” olduğu üçün məhz onu seçib.

Niyə yumurta toyuqdan əvvəl yaranıb?

8F6CCF6B-403A-4F87-9BB8-81519F1DE0AC.jpeg

Yəqin ki, bu sualı eşitməyən çox az insan var: “Yumurta birinci yaranıb, ya toyuq?” Əlbəttə ki, ilk yumurta yaranıb, toyuq da yumurtadan çıxıb. Toyuq 10 min il əvvəl təkamül nəticəsində yaranıb. Toyuğun aid olduğu quşlar sinfinin kökü isə 230 milyon il əvvəl yaşamış dinozavrlara qədər gedib çıxır. Heyvanlar aləmindəki qurudayaşayanların ilk yumurtaqoyma tarixi isə 340 milyon il əvvələ qədər gedib çıxır. 340 milyon il əvvəldən indiyədək yaşamış quşların bütün ataları və quşların özü yumurtadan çıxıblar.

Niyə ingiliscə saat deyəndə “o-clock” deyirik?

88AC289D-E418-4586-9B53-5A315406099D.jpeg

Bildiyimiz kimi, ingiliscədən tərcümədə saat “clock”dur. Bəs niyə bəzən “o-clock” işlədilir. Mexaniki saatlar məşhurlaşmadan öncə insanlar əsasən günəşə, aya, ulduzlara baxıb vaxtı təyin edirdilər. Əlbəttə ki, bu tip vaxt təyinetmə metodu mexaniki saatlarla uyğunsuzluq təşkil edirdi. Bu isə insanları dəqiq vaxtı söyləmək baxımından çətinliyə salırdı. İnsanlar başqa birinə mexaniki saata baxaraq vaxtı dedikdə “of the clock” yəni saatın göstəricisinə görə vaxt budur. “Of the clock” ifadəsi bu gün qısalaraq “o-clock” kimi işlədilir.

Niyə eskalatorun əl tutacağı pillələrdən fərqli sürətdə hərəkət edir?

FACFB130-2254-439F-BB6B-A0F6C5AE07BF.jpeg

Əl tutacaqları rezindir və üzərinə rezin keçirilmiş təkərlər vasitəsilə hərəkət edirlər. Bu təkərlərin üzərindəki rezin zaman keçdikcə yeyildiyi üçün təkərlərin diametri kiçilir və daha kiçik diametrli təkərlər aşağı sürətlə tutacağı hərəkət etdirirlər, sürət də aşağı düşür. Təkərlərin rezinlərinin yeyiləcəyini bilən mühəndislər təkərləri normadan böyük düzəldirlər. Təkər yeni olanda daha böyük olur və tutacaq da daha sürətlə hərəkət edir. Bir müddət sonra təkər azacıq yeyilir, tutacaq normal hərəkət edir. Daha çox yeyildikcə sürət daha çox aşağı düşür və təkərləri dəyişirlər.

Niyə körpələr dünyaya gəldikdə ağlayır?

6819BD26-E185-44B8-9DBB-8582F6BB29CC.jpeg

Buna səbəb qorxudur. Körpə ilk olaraq ananın isti bətnindən daha soyuq, qeyri-adi bir mühitə düşür. Bunun ardınca isə səslər, toxunuşlar ardınca körpə nəfəs almaq məcburiyyətini hiss edir və nəfəs alır. Bütün bunlara uşaq ağlayaraq reaksiya verir.

photo
photo
photo
Photo
photo
photo
photo
photo
photo
photo

Sort:  
 3 years ago 

Niyə? Sualı ana sualdı. Yəni əsas sualdı. O biri suallar var haa Kimnən, nəynən, hardan, nətəri, nejə yanı... onlar elə belə törəmə suallardı. Əsas niyədi. Məsələn: Sən eskalator haqqında şəkil paylaşmısan. Niyə məhz o şəkil? Başqa şəkil yox idi niyə???))

 3 years ago 

Niyənin niyəsi burda cıxır ortaya )) Ona görəki eskalatorun rezini bəhanədi önəmli olan o qızın arxasıyca yuxarı qalxmaqdı. Nə var yuxarıda var. Yuxarı çıxan niyənin cavabını tapmış olur )))

 3 years ago 

İndiyə kimi "eskalatora" bu qədər diqqətlə baxmamışdım🤭

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 59889.02
ETH 2673.12
USDT 1.00
SBD 2.46