Mənasız düşünmək

in Steemit Azerbaijan☪✔2 years ago

IMG_20220306_150149.jpg

İnsan nəqədər boş boş fikirləsər? Min fikrim bir abbası eləmir. Hədəfim bəlli olsa belə hərdən mənasız yerə uzun uzudı düşünürəm. Nəyisə götür qoy edib içimdə səssiz səssiz özümlə danışıram. Çox vaxt düşündüyüm şeyləri paylaşmıram. Sanki düşündüklərimi kimləsə paylaşsam özümü satmış " xəyanət " etmiş oluram. Mənim özümlə bağlı çox sirlərim var lakin iki kişinin bildiyi sirr deyil prinsipinə əsaslanaraq sirlərimi və düşüncələrimi başqalarıyla paylaşmıram. Məni səf başa düşməyin səxsimlə bağlı olan sirr və düşüncələrimi nəzərdə tuturam. Başqa məsələlərdə bütün söhbətlərə açiğam. Ümumiyyətlə istənilən hər hansı bir şeyi yaxşı yaxşı düşünüb daşınıb sonra addım atmaq lazımdır. Necə deyərlər Min ölç, bir biç. Əsas odur ki düşündüyün şey sənə dərd verməsin. İstənilən hər hansı bir şeyi düşünmək üçün səbəbin olmalıdır. Əgər səbəbin yoxdursa zatən onu düşünmək mənasızdır. Odur ki mənim əzizlərim boş boş düşünüb vaxtınızı hədər verməyin. Hərəkətə keçmək lazımdır və maksimum müsbət, pozitiv şeyləri düşünmək lazımdır.

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58664.80
ETH 2569.75
USDT 1.00
SBD 2.42