Mən və mən !!!

in Steemit Azerbaijan☪✔3 years ago

1536676131498337181_1000x669.jpg

İnsanın əli Allah bəndəsindən çəkiləndə geriyə özün qalırsan. "Sən və sən" Dərk etdiyim odur ki bu zəmanədə heçkimə guvənməyəcəksən. Ümumiyyətlə güvənmək zəruriyyəti çarəsizlikdən irəli gəlir. Yoxsa birinə və yaxud birilərinə niyə güvənmək məcburiyyətində olasanki. Hərdən ədalət axtaran adamlara baxıb təəccüb aparıram . Olmuyan şeyi niyə və nəyə görə axtarasanki? Deyə bilərsiz ki yanilirsan. Onda mənə elə bir qurum, orqan ,müəssə göstərinki orda ədalət olsun. Yoxdu! Yəni insanın güvənə biləcəyi heçyer və heç kim yoxdur. Yaşadığımız cəmiyyət bizi bax bu cür qəddar tərbiyə edir. Bizim bir birimizə güvənimizin olmaması özlərini ağıllı sayan siyasətçilərin oynadığı oyunların nəticəsidir. Bu həmişə belə olub. Dünyanın hər yerində müharibələr niyə gedir? Nəyə lazımdı axı? Dünyada acından ölən milyonlarla insan olduğu halda milyardlarla pul ayrılır hərbi texnikaların inkişafına.

c2c1158b5d2b0de3e32fb98c16db4849.png

Düzən axtaran özlərini demokrat adlandıran ölkələr sizcə bunları niyə edir? Yoxdu sevgi zad. Onlara sorsaq deyəcək ki dövlətə millətə olan sevgimizdən. Kimlərinsə bədbəxtliyi üzərində xoşbəxtlik axtaran dırnaq arası demokrat siyasətçilər. Sevgi nisbidir. İnsan insanı sevə bilməz. İnsan başqasında hər hansısa bir üstün xasiyyəti və yaxud xüsusiyyətini sevə və yaxud sevməyə bilər. Mənimlə rzilasmasazda olar. Bu hər hansısa yiməyi bəyənib bəyənməməyə oxşayır. Özəl olmaq seçilmiş olmaq " hamısı cəfəngiyatdır " Kimsə hansısa sahədə yaxşı mükəmməl ola bilər. Bu insanın kimdənsə üstün olması anlamına gəlmir. Əfsuslar olsun ki bizik onları ilahiləsdirən ( gözümüzdə böyüdən)
Yəni hamımız fərd olaraq eyniyik kimdənsə zərrə qədər üstünlüyümüz yoxdur. Qanunlar, qadağalar tamahgir bankirlər, mənfəət güdən həkimlər, harınlamış məmurlar orqan işçiləri və sair hamısı bir amala xidmət edir. Sizcə belə bir cəmiyyətdə fərd necə formalaşa, tərbiyə ola bilər? Məktəblər monoton təhsil proqramı çərçivəsindən qırağa çıxmır. O təhsilki günümüzdə vaxtilə öyrəndiklərimizin heç biri qarın doyurmur. İşsizlik, pulsuzluq, pandemiya və minlərlə müalicə ala bilməyən dünya əhalisi. Kəllə dolu cib boş. Pulsuz inteleqentlər "Diplomlu fəhlələrin" olduğu dönəmdə yaşayırıq. Əl qərəz başlı başını saxlasın dövrünə gəlmişik.

1530801261_poor.jpg

Sən və sənin qayğıların.
Sən və sənin gələcəyin
Sən və sən sən sən başqa keç kim.

hastalik-ve-bilincalti-iliskisi.jpg

Photo

Photo

Photo

Photo

Sort:  

Pul problemlərini həll etmək üçün yaxşı bir yer tapa bilmirsiniz? Bu vəziyyətdə, diqqətinizi bu https://bet365.com.az saytına yönəltməyə çalışmanızı tövsiyə edirəm, çünki bu saytda mütləq ən yaxşı həlli tapa bilərsiniz. Əminəm ki, siz də mənim kimi tam razı qalacaqsınız.

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58913.67
ETH 2640.76
USDT 1.00
SBD 2.42