Azad bənnalar

in Steemit Azerbaijan☪✔2 years ago

230px-Rueland_Frueauf_d._J._003_detail.jpg

Bu gün Mason sözünə tez-tez rast gəlirik. Masonları SSRI-nin dağılmasında, iqtisadiyyatın çökməsində, insanların müflisləşməsində günahlandırırlar. Ancaq ciddi araşdırmaya başlayanda bütün bu baş verənlərdə "mason fitnələrini" görmək mümkün deyil. Bəs bu masonlar kimdir? Onlar hardan peyda olub, nə işlə məşğul olur və məqsədləri nədir? Nəyə görə masonlar bu qədər dedi-qoduya səbəb olur? Bütün fantastik ittihamlara baxmayaraq masonlar arasında bir çox tanınmış şəxslərin adları çəkilir.
Əslində bu gün dünyada özünü "azad bənna" adlandıran adamların olmadığı ölkə tapmaq çətindir. Avropada, Amerikada, Asiyada, yaxud Afrikada mason məbədlərinə rast gəlmək olar. Burada artıq 300 ildir gözəgörünməz mason işi gedir. Bu evlərdə insanların dərisinin rəngi ağ, ya qara ola bilər, onlar xristianlıq, buddizm, islam, yaxud digər bir dinə etiqad edə bilər, bununla belə onlar özlərini bir vahid hesab edir. Onları mason məbədlərinə nə gətirir və yüzilliklər ərzində nəinki qardaşlığı qoruyub saxlamağa, hətta ideyalarını bütün dünyaya yaymağa onlara nə kömək edib?

Masony-prostymi-slovami.jpg

Daha möhtərəm dərnəklərin üzvləri mundir geyir və şəhər zadəganları hesab edilirdi. Onlar hüquqlara və imtiyazlara malik olurdu. Bəzən hətta torpaq mülkədarları ilə rəqabət aparırdılar. Bu imtiyazlar bir çox halda şəhər rəhbərliyinin narazılığına da səbəb olurdu.
Bənnaların əsas imtiyazı sərbəst hərəkət hüququ ilə bağlı idi. Bunu isə onların peşəsi tələb edirdi. Orta əsrlərdə inşaatçılar qəsr, kilsə və varlılar üçün evlər tikmək məqsədi ilə bir şəhərdən o biri şəhərə getmək məcburiyyətində idilər. O dövrlər oturaqlıq qaydalarına riayət etməli olsa da, bənnalar istisna idi. Frankmason, yəni azad bənna ifadəsi də o zamandan yaranıb.

22-freemasonry.jpg

Masonluğun sonuncu Böyük Ustası Londonda Müqəddəs Pavel kilsəsini inşa edən ingilis memar Kristofer Ren hesab olunur. Kilsə tikildiyi on səkkiz il ərzində o, yaxınlıqda yerləşən Müqəddəs Pavel lojasına gedirdi.
İllər keçdikcə masonluq öz təşkilatını daha da təkmilləşdirirdi. 1723-cü ildə Ingiltərədə şotland din xadimi Ceyms Andersonun yazdığı "Nizamnamə kitabı" dərc olundu. Bu sənədə görə, müxtəlif dini cərayanların nümayəndələri yeni ideyaları müzakirə etmək üçün lojanın dost atmosferində birləşməyi bacarmalıdır. O zamandan masonlar bu qanunlardan kənara çıxmırlar. Tipoqrafik üsulla "Nizamnamə" 1734-cü ildə Böyuk Ustad Bencamin Franklik tərəfindən Amerikada çap olunub.

Март Статья 56 (1) Символы Ордена.jpg

Mason qardaşlıqları qısa zamanda bütün Avropada kök sala bildi. XVIII əsrin 30-cü illərində Belçika, Rusiya, Italiya, Almaniya, İsveçrədə mason lojaları mövcud idi. 1735-ci ildə Parisdə 5 loja fəaliyyət göstərirdi. 1742-ci ildə onların sayı iyirmi ikiyə, qırx beş ildən sonra - Fransa İnqilabı ərəfəsində masonların sayı 100 min nəfərə çatdı.
Masonlar insanların rəngindən, dinindən, millətindən, sosial mənşəyindən və ictimai mövqeyindən asılı olmayaraq hər kəsin bərabər olduğunu bəyan edir. Bütün masonlar bu prinsiplərə riayət etməlidir. Lojada bütün irqlərə və millətlərə aid olanlar var.
Bu gün masonların sirləri və fəaliyyət istiqamətləri artıq sirr deyil. Lakin buna baxmayaraq bir neçə əsr əvvəl müəyyən edilən qaydalara indiyə qədər riayət olunur. Bu paradoksun sadə bir izahı var: sirr qoruyub saxlamaq bacarığı - insanlığın dəyrələrindən biridir və bu keyfiyyəti özündə tərbiyə etmək masonların borcudur. Onlar üçün sirr neçə nəfərə məlum olmasından asılı olmayaraq sirdir və o sirri qorumaq masonun öhdəliklərindən biridir.
Ancaq bu sirlər bir çoxlarına rahatlıq vermir və insanlar masonluğu canilərin insanlığa qəsdi kimi görür. Baxmayaraq ki, masonluq artıq 250 ildən çoxdur dünyanın, demək olar, bütün ölkələrində mövcuddur və indiyə qədər heç kim onların "bəd əməllərinin" izini, yaxud nəticəsini görməyib. Əksinə, bir çox tanınmış şəxsiyyətlər Mason Lojasının üzvü olub. Masonlar tarixdə ilk dəfə insan haqlarını dövlətin ali qanunu edən Amerika konstitusiyasını yazıb. Mason qardaşlığına bəstəkarlar Volfqanq Amadey Mosart, Ferens List, Iosef Qaydn, Lüdviq van Bethoven, Nikolo Paqanini, Yakov Sibulius, yazıçılar Iohan Volfqanq Höte, Rabindranat Taqor, Valter Skott, Oskal Uald, Mark Tven, Redyard Kiplirq, şairlər Aleksandr Pop, Robert Berns daxil idi. Teodor Ruzvelt və bir sıra digər ABŞ prezidentləri qardaşlığa üzv idi. Uinston Çörçel mason idi, Ingilis kralı VII Eduard taxta çıxana qədər qardaşlıqda təmsil olunub. Con Ceykob Astor və Henri Ford kimi tanınmış şəxslər, ilk dəfə Atlantika üzərində təkbaşına uçuş həyata keçirən aviator Çarlz Lindenberq, qütb tədqiqatçıları Robert Berd, Metyu Xenson, admiral Riçard Berdla mason olub. 1969-cu ilin iyulun 21-də Ay üzərinə ayaq basan amerikalı astronaft Edvin Oldrin cibində mason emblemləri olan bayraq aparmışdı.

big_1493124012_mas.jpeg

Aleksandr Puşkin, Aleksandr Suvorov, Mixail Kutuzov da mason olub. Bu şəxslərin Rusiya üçün etdikləri "masonların pis əməl daşıyıcısı" olması ilə bağlı fikirləri darmadağın edir. Bir sözlə, mason lojaları bütün dünyada tanınmış şəxsləri birləşdirirdi

Photo
Photo
Photo
Photo
Photo

Sort:  
 2 years ago 

spam

image.png

 2 years ago 

plagiat

image.png

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60238.27
ETH 3215.90
USDT 1.00
SBD 2.46