Bu yazdıqlarımı hər kəs yaşayıb Yaşayır Yaşayacaq.....

in Steemit Azerbaijan☪✔3 years ago

Bəzən biz susuruq ona görə yox ki
deməyə sözümüz yoxdur.
Bəlkə ona görə ki
daha çox şeylər demək istəyirik.
Sadəcə nədən başlayacağımızı bilmirik.
İnsana ən çox əzab verən şey, dedikləri ilə demək istədikləri arasındakı uçurumdur.
Elə bilirsiz ki yalnız səs küydən insan kar ola bilər?
Yox bu belə deyil !!
bəzən səssizliyin səsi insanı elə kar edər ki
Hətta elə bir ciddi problemlər yaradar ki
Yaşayırmış kimi görünərsən
Amma daxilən ölüsən
Səssizlik bir hayqırtıdı
Qışqırmağa ehtiyac yoxdu
Bəzən isə elə hallar olur ki edə biləcəyimiz ən yaxşı şey susmaq olur
2350147806.jpg

Susqunluğumuz daha yaxşı izah edir ağrılarımızı......
Bəzən özü-özü ilə danışar insan.
Beynində suallar dolanır
niyə var olan hər şeyi bir kənara atıb
var olmayanlara ilişib qalırıq..?!
Niyə öz yolunda olan şeylərdən zövq almaqdansa yolunda getməyən şeylər barədə düşünüb kədər qəm çəkirik..?!
Niyə hər zaman unuduruq ki ömrümüz çox da uzun deyil.....
Heç bezdinizmi həyatdan?
Hər kəsdən
hər şeydən uzaqlara qaçmaq istədiyiniz anlar oldumu?
Yoruldunuzmu heç?
Üzərindəki məsuliyyətdən yalan gülüşlərdən
bir-birinin ardınca gələn problemlərdən?
Tənha hiss etdinizmi özünüzü?
Dostlarınızın əhatəsində olarkən belə
Onların danışıqları söhbətləri maraqsız və mənasız gəldimi sizə?
Bir kitabın səhifəsini saatlarca oxumağa çalışdığınız oldumu heç ?
Gözünüz kitabda ikən düşüncələriniz sizi uzaqlara apardımı?
Sonra bu düşüncələrdən də qaçıb heç kim və heç nə barədə düşünməmək istədinizmi?
Həzin musiqi dinlərkən hönkürtü ilə ağladınizmı heç?
Bir mahnının və ya şeir parçasının sözlərində özünüzü tapdığınız oldumu?
Gecələr yastığınızi göz yaşlarında islatdinizmi?
Yalan gülüşün nə qədər çətin olduğunu bildinizmi heç?
İçinizdəki acını gizlədərək ətrafınizdakıların
hətta dostlarınızın belə "necəsən?"
sualına "yaxşı hər şey əladı" deyib yalandan guldunuzmu?
Güclü olmaqdan
güclü görünməkdən yoruldunuzmu heç
Bu yazdıqlarımı hər kəs yaşayıb
Yaşayır
Yaşayacaq.....

Sort:  
 3 years ago 

Aglamaq qismini cixsaq beli demek olarki hamisini yasamisam. Belkede innen belede yasiyacam. 🤔

Yaşamaqdayıq.

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 62884.65
ETH 2444.83
USDT 1.00
SBD 2.61