Yeni ilin ilk iş günü. 03.01.2022🙋🏻‍♂️

in Steemit Azerbaijan☪✔3 years ago

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri axşamınız xeyirli olsun. Necəsiz? Yəgin ki, hələ də bayram abu-havası var... Yeni ildə ilk iş günümə beləcə başladım...2-3 günlük istirahətdən sonra nəhayət iş başladı. Əslində istirahət mənlik deyil...Döyüş alnımıza yazılıb... Bunu da hal-hazırda işdə yazıram...Biraz boşluq vaxt tapdım. Onu da hökmən dəyərləndirmək lazımdır.

IMG_20220103_194053.jpg

Nəisə işə gələndə qarşılaşacağım vəziyyəti təxmini fikirləşmirdim. Düz də çıxdı... Qazanxanaya girən kimi qarşılaşdığım mənzərə...Qazanlar söndürülüb. Sexlər işləmir axı. Növbədə həmişəki kimi mühafizə, yanğınsöndürənlər və elektrik(növbətçi) və 1 nəfər qazanxanaçı(yəni Mən😉)...

IMG_20220103_194041.jpg

Həmişə işlək vəziyyətdə olan yumşaltma və qum filtri çənləri söndürülüb. Səs-küydən əsər-əlamət yoxdu...😔 Darıxdırıcı gəlir. Yenə də mən tək Kontrabasda... Belə baxanda birinci dəfə deyilki, artıq öyrəşmişəm... Vəfalı Dostum da üzə çıxmır başımı qatardım😍

IMG_20220103_205740.jpg

Məcnun kimi gəzirəm Küçələri Həm vaxt öldürürəm həm də digər qazanxanalara nəzarət edirəm...Bu fotonu risk edib çəkdim. Fotonu çəkəndən sonra ayıldım ki, hər bir tərəf kameradı. Rəhbərlik görsə gəl indi cavab ver də...Posta görə əziyyət çəkməyə dəyər😉

IMG_20220103_220203.jpg

Bu fotonu görən kinayəli olsa da güləcək. Adama deyərlər qazanxanada işləyənsən, otağıvı elektrikli qızdırıcı ilə qızdırasan...O da əgər qızdıra bilsə...
Həyatda ideal heçnə yox, alternativ variantlar çox😉 Bu da Məndən Qazanxanaçı kəlamı... Müəllifi özüməm😂
Dostlar dedik, güldük, şənləndik. Bugünki, nağılım xoşunuza gəldi? Bəs nağılın pulunu kim verəcək?😉😂
Əziyyət çəkib, vaxt sərf edib oxuduğunuz üçün səmimi qəlbdən minnətdaram. Zəhmət qarşılığı olaraq ALLAH Sizdən razı olsun, postlarınız bol STEEMli olsun. AMİN İNŞƏƏALLAH🤲

Sort:  
 3 years ago 

Salam axşamınız xeyir mən isə çıxa bilmirəm üstünüze sağliq çox pis xestelenmisem. Size de islerinizde uğurlar yorulmuyasiz.

 3 years ago 

Aleykum SALAM. ALLAH şəfa versin. Arzularınıza görə minnətdaram. ALLAH köməyinizə olsun. AMİN İNŞƏƏALLAH🤲

 3 years ago 

Teşekkür ederim

İslərinizdə uğurlar.və bol qazanclar.

 3 years ago 

Salam , qardaşım. Hər dəfə maraqla oxuyuram postlarını.

 3 years ago 

Aleykum SALAM. Çox sağ ol Gözəl İnsan. Var ol. ALLAH Səndən razı olsun. AMİN İNŞƏƏALLAH🤲

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.029
BTC 64781.14
ETH 3119.00
USDT 1.00
SBD 2.53