The Diary Game -Better Life Season 3 - 11.10.2021. İŞDƏ TƏK - 1

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

#steemitazerbaijan - ın şəxsi heyətinə SALAM olsun...🙋‍♂️

Dəyərli qrupun Dəyərli Üzvləri necəsiz? Bu paylaşımım bugünki fəaliyyətimlə bağlı olacaq. Qısa sınaq müddətindən sonra birbaşa smenə düşməyim Mənimçün göydəndüşmə oldu. Bu deyim lap yerinə düşdü : Nə yatdınki, nə də gördün AY BALA... İlk sınaq iş günümdə işə gecikdiyim kimi bu gün də elə oldu. Budilniki səhər saat 05:30-a qurub rahatlıqla oyanmışdım. ALLAH kəssin xasiyyətimi oyanıb təzədən yatanlardanam 🙈 Bir də ayıldım ki, saat 06:20-dir. ALLAHIM nəydi günahım deyinə- deyinə cəld yerimdən qalxdım. İşə gecikmək bir yana o vəziyyətimdə Diary Gamei də fikirləşirdim... Vəziyyətdən sui istifadə etmək😉 Belə ecazkar mənzərəni lentə almamaq günah olardı.

IMG_20211011_062809.jpg

Bu da həyatın bir sınağıdır deyib, həyəcanla smenə gəldim. İşləməyə görə həyəcan yox idi. Həyəcanın əsası keçən həftə keçə bilmədiyim sorğu-suala bu dəfə necə cavab verəcəyim idi. Nə qədər bilsəm də, beynin dərinliyində istər-istəməz neqativ düşüncələr olur. Mənə görə bu normaldır. Nəisə birtəhər gəlib çatdım MƏNZİL BAŞINA...Smeni təhvil aldım. BİSMİLLAHla işə başladım. Yorucu və təkrarçılıq olmasın deyə sexin və digər aparatların şəkillərini çəkmədim. 12 saatlıq iş rejimimdə məşğul olduğum işləri Sizə təqdim edirəm. Maraqlı olsa da, olmasa da olanım budur😉

IMG_20211011_182945.jpg

Gördüyünüz göy rəngli çənlərə termin olaraq yumşaltma çənləri deyilir və qarşılarında iri duz vedrələri var. Ceyranbatan su anbarından gələn SƏRT SU(Cod su) bu çənlərdə xüsusi proseslərlə suda həll olmuş duzlarla qarışdırılaraq yumşaldılmış su əldə edilir. Prosesin düzgün gedib - getmədiyini xüsusi kimyasalla qarışdırılaraq yoxlanılır.

IMG_20211011_151016.jpg

Bu o deməkdir ki, Su hələ yumşalmayıb...Bu vəziyyətdə yumşaltma prosesi davam etdirilir.

IMG_20211011_151921.jpg

EVRİKAAAA lazım olan nəticə alındı. Bilmirəm, Ne ALAKAAAA hara gedirəm KİMYAÇILIQ çıxır qarşıma. Əsgərlikdəki vəzifələrim də Kimya ilə əlaqəli olub. Bu proseslər başa çatdıqdan sonra istiqamət HURİLƏRLƏ DOLU CƏNNƏT MƏKAN yəni laboratoriya)))

IMG_20211011_092646.jpg

İlanın yarpızdan zəhləsi gedən kimi, yenə də qarşıma çıxdılar. O boyda Gilanı gəzdim qaçdım əllərindən indi hər səhər smeni SALAM verib girirəm içəri... Hamısı günahlarımdı, girib qadın cildinə Məni qarabaqara izləyir😔
Tərifləmək kimi olmasın, biz olmasaq yeməklər bişməz, aparatlar işləməz, camaat soyuqdan qırılar, istidən bişər.

IMG_20211011_094214.jpg

Deyəsən uje baş ağrısı oluram))) Smenin sonu və smen ərzində gördüyüm işləri qeyd etdim. Burada deyə bilərəm ki, İXTİSARLA...STEEMİTLİYİM burada da tutdu. Camaat yarım vərəqlə söhbəti bağlayır mənə vərəq çatmır. Elə bil komment yazıram. Xahiş edirəm ürəyi zəif olanlar, metohəssas insanlar bu şəklə baxmasınlar. Məktəb vaxtdan yazı yazmaqla aram olmayıb ona görə xəttin bu viddədir.

IMG_20211011_193659.jpg

Sağ olsun iş yoldaşım əvvəlcə öz adını yazıb elə bilib ki, hələ sınaq müddətindəyəm. Rəhbərlik İş arası bir exclusive xəbər də verdi. Sabahdan Bakıya qaç-qaç təlimə. Yağışdan çıxıb yağmura düşdüm Təlimdən sonra imtahan. VALLAH özümü kosmonavt kimi hiss edirəm. Düzdü məsuliyyətli və çox riskli işdir, amma adamı bu qədər də sıxmaq olmaz da. Mən VINDERKİD yada Robot deyiləmeeee. Nəbilime ALLAH KƏRİMDİ.

DOSTLAR UZUN- UZADI maraqsız bir mövzunu oxudunuz. Vaxtınızı aldığım üçün SORRY. Hər kəsə bol şanslar, bol- bol steemlər...ALLAH hamınızdan razı olsun AMİN🤲

CC @steemcurator01

Sort:  
 3 years ago 

Əla paylaşımdı. Bilmədikrimizidə öyrənirik) uğurlar🙂

 3 years ago 

Çox sağ ol Qardaş. Əla günün olsun AMİN🤲

İndi sən suçu oldun, ya nə oldun, çıxaramadım🤔

 3 years ago 

Yox Mən Suçlu deyiləm. Kaçikarşik. Ən poslednıy iş))

 3 years ago 

Birinci fotodakı mınzərəni əla tutmusuz. Möhtəşəmdir 😊

 3 years ago 

Çox sağ olun. ALLAH razı olsun AMİN🤲Hələ biri də olacaqdı. Vaxt məhdudiyyətidən çatdıra bilmədim. 😢 İNŞƏƏALLAH növbəti günlərdə🤲

Xətti yaxşı olmayan insanların beyni daha yaxşı işləyir deyə bir yazı oxumuşdum)) təsəlli yerimiz ola bilər..)) Növbəti təlimlərdə uğurlar))

 3 years ago 

İyiki varsınız. Motivasiya verdiniz. Minnətdaram. Teselli aramak zor gelir Rafet El Roman demişkən😊 Arzu-dualarınlza görə də çox sağ olun. ALLAH razı olsun. AMİN🤲

İşiniz olduqca maraqlı gəlir mənə, yorulmayasınız🤲🏻

 3 years ago 

Minnətdaram. Hər işin. Özünə görə maraq əhatəsi var. Sadəcə uzun-uzadı yazdığım üçün dedim maraqsızdır))

 3 years ago 

Aaa ,çox maraqlı və məlumatlandırıcı postdur. Yorulmayasınız.

 3 years ago 

Təşəkkür edirəm. ALLAH razı olsun. AMİN🤲

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59876.72
ETH 3191.77
USDT 1.00
SBD 2.43