Steemit Enagement Challenge ||💚||Season2, Week #1 ||💚|| 🛫🌏 Your travel manager ✈ Sumgait, Azerbaijan♥️

in Steemit Azerbaijan☪✔2 years ago

SALAM aleykum Steemit
Community...Hello Everyone 🙋🏻‍♂️

Hörmətli Steemit əməkdaşları və rəhbərliyi. Bu seçimdə "Steemit Community"-ə ev sahibliyi etməsi üçün yer verdiyiniz üçün dərin minnətdarlığımı bildirirəm və çox şadam.😍 Həqiqətən sevincimin həddi-hüdudu yoxdur. Bu həm də bir fəxrdir.Bir il ərzində bu qədər nailiyyətimiz bizim uğurumuzdur. Təbii ki, bu uğuru qazanmaqda qrup üzvləri saylı çalışmış və birlik nümayiş etdirmişlər. Buna da səbəb #steeminazerbaijan-ı daha da irəliyə doğru aparmaqdır və inkişaf etdirməkdir. Hər kəsə bircə-bircə təşəkkür edirəm. Üzürlü sayın ad çəkməyəcəm. 🙏 Bu keçmə-keçli yolda nə çətinliklər, nə asanlıqlar gördük. Yenə də həmişəki kimi bir yerdəyik. ALLAHA çox şükür🤲 Dostlar bu postu paylaşmaqla istəyirəm ki, bu çorbada mənim də duzum olsun😍 Keçim Bəy tərifinə😉
Dostlar Mən Azərbaycanımızın sənaye şəhərlərindən biri olan Sumqayıt şəhərində anadan olmuşam... Şəhər statusu olaraq yaşı az olsa da, regionuna 1938-ci ildə təməli qoyulub və 1949-cu ildən yaşayış məntəqəsi statusu almışdır. Buna baxmayaraq Sumqayıt haqqında məlumat ta 1580-cı illərə qədər gedib çatır. Bacardığım qədər qısa və lokanik yazacağam. Səbəb də odurki, qısa məlumatlarla çox şeyi anlatmaq. Keçid edim əsas mövzulara.

IMG_20220611_223114.jpg

  • Dostlar şəhərimizin əsas simvolu sülh rəmzi olan Göyərçindir. 🕊️ Göyərçin sülh və dostluq rəmzidir.Sumüayıt şəhəri gənc şəhər olsa da bir çox xarici dövlətlərin şəhərləri ilə qardaşlıq və dostluq münasibətləri saxlayır. Yadımda qalanları Almaniyanın Lüdviqshafen, Ukraynanın Çerkassi, Türkiyənin Ceyhan və digər bir neçə dövlətin şəhərlərini misal göstərmək olar.Beləki, Çerkassi şəhəri adında Sumqayıtda küçə, Lüdviqshafen adında parkımız var... Çox təəssüf ki, bunları ancaq linklər qeyd edə biləcəm.
    link
    link
  • Mərhum Ümumi milli liderimiz Heydər Əliyev Sumqayıt haqqında gözəl bir fikir də irəli sürmüşdü. "SUMQAYIT KİÇİK AZƏRBAYCANDIR." Buna açıqlama olaraq Sumqayıt şəhərində yaşayan millətləri misal gətirə bilərəm: azərbaycanlılar, ləzgilər, talışlar,ruslar, türklər, tatarlar, yəhudilər və s. Etnik adlandırma olaraq əhalisi : Sumqayıtlı olaraq adlandırılır.

IMG_20220611_215210.jpg

  • Göyərçin parkında pilləkənlərlə dənizkənarı parka enərkən bizi qarşılayan yeni tikililər. Hətta bəzilərində yaşayış da vardır. Dəniz Panoraması😍😍 Bu hələ gördüyümüz tikililərin xırda bir hissəsidir. Gecə vaxtı olduğundan, digər tikililərin tikintisinə hələ də davam etdirildiyindən onların şəklini çəkə bilmədim.😔

IMG_20220611_215851.jpg

  • Bu isə sahildən dənizə uzanan maraqlı bir restorandır.Gözəl, mədəni və ailəvi istirahət ediləcək bir restorandır. Ən əsası da dənizin üzərində, özünü adada hiss etdirəcək kimi😍 Fotodan göründüyü kimi havanın qaranlıq olmasına baxmayaraq dəniz kənarı millətlə doludur...

IMG_20220611_221944.jpg

  • Bu da çox maraqlı görüntüdür. İşıq stolbası və ona sarılan uşaqlar😍 Dostlar qısa bir məlumat da çatdırım. Sumqayıt Şəhərimiz paytaxt şəhərimizdən 31 kilometr məsafədə yerləşir. Paytaxtın şimal istiqamətindədir.Yerləşdiyi mövqe Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilindədir.Şəhərimizin bir çox müasir tipli qəsəbələri və məhəllələri də vardır. Şəhərimizdə bir çox mədəniyyət abidələri, istehsalat sahələri,turistik yerlər də mövcuddur.

IMG_20220611_220436.jpg

  • Parkda gəzdikdə böyüklü-kiçikli hər kəsi əyləndirən maraqlı ekskursiya qatarına rast gəlmək olur...🚆🚅

IMG_20220611_220020.jpg

  • Faytonla atlar😍

IMG_20220611_172732.jpg

Təhsil xalqın gələcəyidir.
Heydər Əliyev.

  • Dostlar şəhərimizdə təhsilə də çox önəm verilir. Beləki, insanın təhsili olmasa o inkişaf edə bilməz, irəli inamla addımlaya bilməz və yaşadığı həyat da yaşamırmış kimi mənasız və sıxıcı olar...

IMG_20220611_172703.jpg

  • Bura isə şəhərimizin mərkəzi poçtudur.
  • Telefon kodu: +994 18
  • Poçt indeksi : AZ 5000
  • Nəqliyyat seriya nömrəsi : 50

IMG_20220611_171603.jpg

  • Bura da şəhərimizin gəzməli-görməli yerlərində dur. Nərimanov klubu adlanır.

IMG_20220611_170958.jpg

IMG_20220611_165627.jpg

  • Şəhərimizin tarixi muzeyidir...☝️

IMG_20220611_214614.jpg

Yenidən döndük gecə çəkilişlərinə. Əl-əlvan rəngli park😍

IMG-20220611-WA0076.jpg

  • Ailəvi istirahət ediləcək gözəl və maraqlı məkan😍

IMG-20220612-WA0034.jpg

  • Bu da bizim məşhur SİNDBAD👍

Dostlar bilirəmki bu qədər gəzintinin nə qədər hesab tutacağı sizin üçün çox maraqlıdır. O səbəbdən bunu da qeyd etməyi özümə borc bilirəm: bu qədər gəzintinin tutacaq hesabatını tam dəqiq deyə bilmərəm. Çünki, ediləcək istirahət insanın özündən asılıdır. Nə qədər çox yer gəzmək istəyən şəxs(karuselə minmək, muzeyləri görmək, istirahət məkanlarında dincəlmək və s.) o qədər də artıq hesab ödəməli olacaq. Bu normaldır. Amma minimal olaraq bəzi yerləri gəzib, bəzi karusellərə minmək, əyləncə məkanında dincəlmək, çay içmək minimal <100< AZN ola bilər...

100 AZN ~ 58,8235$

1 steem ~ 0,2248$

58,8235$ ~ 261,6705 Steem

Hələlik bu qədər.Hər kəsə xoş istirahətlər...😉

Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram ALLAH Sizdən razı olsun postlarınız bol steemli olsun AMİN İNŞƏƏALLAH 🤲

Sort:  
 2 years ago 

steemit azerbaijan.jfif
Status Club
club5050
Steemexclusive
No Plagiarism Free
BOT Free
350 Words
Post Quality
8.5/10


 2 years ago 

Təşəkkürlər 🙏

Coin Marketplace

STEEM 0.30
TRX 0.11
JST 0.034
BTC 66931.79
ETH 3249.50
USDT 1.00
SBD 4.10