You are viewing a single comment's thread from:

RE: #club5050 || THE DİARY GAME Better Life. || "Arzularınızın dəyəri" || 03.06.2022 || (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Aleykum SALAM.Hər vaxtınız xeyirli olsun. Bir təhər yola verirəm. Havanın nəbzini tutmağa çalışırdım. Daha buraxdım öz axarına. Əslində elə olmalıdır. Motivasiya mövzulu çox yerlərdə qarşılaşdığım əsasdır. Sizdən bir balaca fərqli olaraq görəcəyim işlə ətrafımda çox danışırdım. O səbəbdən yoxki, özümü kimdənsə üstün tutmaq. Xeyir. Sadəcə bölüşürdüm kiməsə faydam toxunar. Hətta şəbəkə marketinq treninqlərin birində bir qadın çox-çox təkrarlayaraq demişdi ki, arzularınızı,görəcəyiniz işləri , məqsədiniz ətrafınızda danışmayın. Arzularınızı oğrayarlar. İlk dəfə bunu dərk etməmişdim hətta bunu təkrarlayaraq gülürdüm. Başına gələn başmaqçı olar deyiblər. Başıma gələnlərdən sonra özümə bir balaca çəki düzən verdim. Kim məndən nəsə soruşur, gələcəyə nəsə qurmaq falan...Mən də cavabımda heçnə iş-ev beləcə günlərimi yola verirəm. Bu vəziyyətdə də deyirlərki, krisadı. Saman altdan su yeridir.Boş-boş fikirlər. Sadəcə hər şeyin öz vaxtı var. Amma can bir qəlb bildiyin insanla bölüşmək olar desəm yalan olar. Çünki, ona da artıq inam qalmayıb. Tanışınızın gözəl taktikası var. 😂 Söhbəti çox da uzatmayın. Axı rəy yazıram post yox)) son dərəcə bir xahişim var. Postu yazarkən foto ilə mətn arasında heç olmasa bir abzas məsafə qoyun...Beləcə yazdığınız post daha da gözəl görünəcək...

Sort:  
 2 years ago 

Mən dürüstcə deyirəm ki, çox da danışmağı sevmirəm arzularım haqqında. Kimsə də məcbur danışdırası deyil ki😄 Bir gün hamının başı əhlət daşına dəyəcək, onda biləcəklər ki hər şey hamının yanında danışılmır. Təbii ki arzulardan bəhs edirəm. Siz birşey yaşamısız deyə artıq etmirsiniz, amma türklər demiş sinsilik edib deməyənlər var , yazdıgım 2 şey arasında çox çox incə cizgi var , anlayırsınız siz məncə. Yaşayaq görək də , nə deyirəm🤷🏻‍♀️ Xaişinizi yerinə yetirəcəm , mütləq😊

 2 years ago 

Düz buyurursuz. Əvvəl-axır çoxunun başına gələcək. Etmirəm deməzdim, bəzən olurki, ixtiyarı olaraq məqsədim barəsində danışıram. Sonra da vəziyyətim🤦🏻‍♂️ Bəli onu da əlavə edimki, hər şey hər zaman heç də göründüyü kimi olmur sinsiliklə bağlı. Anlayışlı qarşılaşdığınız üçün təşəkkür edirəm. Təsəvvür edin ki, 1 abzas yazdığınız postun gözəlliyinə rəng qatır.

 2 years ago 

İstəyərdim ki heçkim yaşamadan bilsin, amma bəllidi ki bizlər bəzi şeyləri təcrübə etmədən yerinə yetirmirik🤷🏻‍♀️ Qəşəng commentləriniz üçün mən təşəkkür edirəm😊

 2 years ago 

Bəzi məqamlar vardır ki, o anları insanın yaşayaraq dərk etməsi daha vacibdir. Yaşanmadan öyrənilərsə həyatın mənası qalmaz. Bu bizdən asılı olmayan bir şeydir. Bizdən bu anları yaşamayan olsa da, haradasa, kimsə artıq həmin anları yaşayır və biz də nəticə çıxarırıq. Buna həyatın qanunu da demək olar. Buyurun xoşdur. Dəyərləndirdiyiniz üçün təşəkkür edirəm.🙏

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 63820.95
ETH 2497.43
USDT 1.00
SBD 2.69