Qonağımız var...🤦🏻‍♂️ (3-cü hissə)

in Steemit Azerbaijan☪✔3 years ago

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri gecəniz xeyirli olsun. Necəsiniz? Dostlar el arasında belə bir deyim var, Adamda da sifət yaxşı şeydi... Bu adamlara aiddir hərdən digər canlılara da aid etmək olar...Yəgin ki, söhbətin kimdən və ya nədən getdiyini anladınız. Qonağım öyrəncəli olub artıq. Gecə növbələrimdə Mənə həmkarlıq edir. Dəyərli Qonağım keçən növbələrin birində yenə də təşrif buyurmuşdu. Elə bil belə də olmalıdır. Gəlib dayanıb otağın qapısının ağzında. Ondan əvvəl qazanxanaya girəndə keçən dəfəki kimi şivən qoparmışdı. Yəni ki, mən gəldim...😂

IMG_20220111_232207.jpg

Elə vaxtı gəldi çıxdı ki, buna yeməyi haradan tapa bilərəme. Həmişə alternativ variantım var. Çayla içməyə vafli almışdım. Vaflinin kremli hissəsini hər vaflinin hər tərəfinə çəkdim. Çünki, pişiklər süd və süd məhsullarını çox sevirlər. Taktikam işə yaramışdı.😂Eşitdiyimə görə Pişiklər dəhşət istisevəndirlər... Bunun şahidi oldum. Otağın havalandırması qoşuludur. Otaq babat istilənib. Bu da uzanıb havalandırmanın altında. Tavandan yerə isti hava püləyir, bu da isti havanın altında istirahətin dadını çıxarır...

IMG_20220112_040934.jpg

Yuxumu aradan qaldırmaq və vaxtımı səmərəli, maraqlı ötürmək üçün sexdən kisə ipi gətirdim. Boş duz kisələrində sırıq ipləri olur. Düşündüm ki, bu mənim işimə yarayar. Belə də oldu. Dostumla oynadıq. Bir xeyli vaxt da keçdi. Mən isə diqqətimin yayınmasına imkan vermərəm. Çölə çıxdım. Əraziyə nəzarət etməyim mütləq lazımdır. Nəisə geri döndüm. Otaqda qarşılaşdığım mənzərə mənə çox ləzzət etdi.

IMG_20220111_235141.jpg

Yedi, oynadı indi də yatmaq vaxtıdır... Mənə yatmaq qadağandır. 😔 Nəisə o yatıb istirahətini etdi, mən də dəqiqə və saatlarımı saydım.
Hə Dostlar hələlik bu qədər. Zəhmət çəkib oxuduğunuz üçün minnətdaram. ALLAH razı olsun, postlarınız bol STEEMli olsun. AMİN İNŞƏƏALLAH🤲

Sort:  
 3 years ago 

Salam, qardaş. Əcəb istirahət edir 🐈 😊

 3 years ago 

Aleykum SALAM Qardaşım. Necəsən? Üzürlü say Sənlə də əlaqə saxlaya bilməmişəm. İş-güc? Hə VALLAH istirahətinə söz ola bilməz...

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58974.35
ETH 2687.14
USDT 1.00
SBD 2.50