Qonağımız var....🤗(2-ci hissə)

in Steemit Azerbaijan☪✔3 years ago

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri axşamınız xeyirli olsun. Necəsiniz? Havalarla yola gedə bilirsiz? Dostlar bu postum dünənki postumun davamıdır. Bizim ГЕРОЙ müharibədən sağ-salamat çıxdı. İndi isə özünə çəki-düzən verir... Nəisə Dostlar çöldəki vəziyyəti görüb dözmədim. Onu isti otağa saldım ki, içərinin temperaturuna biraz da olsa özünə gəlsin...Muro demişkən : LANET OLSUN İÇİMDƏKİ İNSAN SEVGİSİNƏ🤗

IMG_20220110_050407.jpg

Mənə də çox maraqlıdır ki, görəsən özünü necə aparacaq? Nə edəcək? Əgər Sizə də maraqlıdırsa davam edim😂

IMG_20220110_051514.jpg

Biraz gülməli görsənirdi. 2-3 addım atıb dayanırdı, arxa pəncələrini bərk titrədirdi. Fikir verdim ki, ayaqları daha çox suya bulaşmışdı. O səbəbdən bu hərəkəti edirdi. Üzərindəki suyu ətrafa çiləyir. Özünü qurutmaq funksiyası bunlarda belədir 😊

IMG_20220110_050827.jpg

Yaxşı ki, işdə yemək üçün nəsə gətirmişdim. Bu pişiklərin də sevdiyi bir şey idi. Nəisə payımızı bölüşdük. Özüm onu kənarda yedizdirdimki, ortalığı bulaşdırmasın.

IMG_20220110_054406.jpg

İndi də, yanımdan əl çəkmir. O tərəf, bu tərəfə keçir. Özünü sürtür ayaqlarıma beləcə bizim GEROY qurulanırdı. Elə bil belə də olmalıdır.😂

IMG_20220110_060405.jpg

Di hı... Qurulandı, yedi, oynadı indi da yatmaq vaxtıdır. Əziyyət çəkib oxudunuz...Minnətdaram...Camaat Siz gedin istirahətinizi edin, Mən də gedim işimlə məşğul olum. İşə işləmək üçün gəlirik axı... Əziyyət qarşılığı olaraq, çox sağ olun. ALLAH Sizdən razı olsun, postlarınız bol STEEMli olsun. AMİN İNŞƏƏALLAH🤲

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 62784.93
ETH 2465.43
USDT 1.00
SBD 2.63