Qonağımız var...😍 (1-ci hissə)

in Steemit Azerbaijan☪✔3 years ago

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun 🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri axşamınız xeyirli olsun...Necəsiz? sualını yazmağa əlim gəlmir. Adama deyərlər : Bu qədər bahalaşmanın içində adam özünü necə hiss edər? Sözün əsl mənasında İQTİSADİ CƏHƏNNƏMDƏYİK...!🤨 Bu mövzuda da danışmağa başlasam steemit rəhbərliyi yazacaqki(əgər yazdıqlarımı oxusalar, başa düşsələr), nə qədər şikayət edirsəneee...Nəisə keçim əsas məsələyə...Keçən gecə növbələrimin birində baş vermiş hadisədən yazacam. Gecə saat 3-4 radələri olardı. Mən həmişəki kimi iş başında. Mənim aləmimdə işdə yatmaq söhbəti yoxdur. Yuxum gələndə başımı nə iləsə qatıram. Çünki, bilirəmki hər smen nəsə macəra yaşayacam o cəhətdən ehtiyyatımı görürəm...Çöldə hava nəyi var coşmuşdu. O biri sexlərdə iş olmadığından qazanları söndürmüşdüm.İş yoldaşımla otaqda oturub söhbət edirdik. Belə havada çölə çıxmağın heç yeri yoxdur. Külək o dərəcədə güclü idi ki, sanki qazanxananı ağuşuna alıb aparmaq istəyirdi. Burada mən varamsa imkan vermərəm😎

IMG_20220110_050411.jpg

Qazanxanada sakitçilik. İş yoldaşımla söhbətimizin şirin yerində birdən pişik ah-naləsi eşitdik. Yalvarmaq,kömək istəmək kimi qəmli səsi var idi. O saat iş yoldaşımla bir-birimizə baxdıq. Qorxduqki, birdən yazıq heyvan aparatın hansısa bir detalına ilişər, heyvana zərər dəyər. Nəisə tez qapını açdım görüm nə olub. MAŞALLAH🤲 olsun kök pişik gözlərini qapıya zilləmişdi. İriliyinə görə Çöl pişiyi, Vaşaq da demək olardı... Fikirləşdim bu yəgin, Yeyib-yatanlardandır...

IMG_20220110_050428.jpg

Üst-başını görüb duruxub qaldım. Çöldə güclü külək var, amma yağış yoxdur. Həm də yağış yağsa hiss olunar. Bu nəsə başqa vəziyyətdir. Yaxınlaşdıqca gördüm ki, yağışlıq məsələ deyil. Həm də çölə də baxdım. Yağış yağmırdı...Elə vəziyyətdə ağlıma min cür gic-gic fikirlər gəlir. Ehtiyyat elədiyim fikir imiş... Qazanxananın yanında arıtma sexi var. Adından göründüyü kimi işi-peşəsi arıtlamaqdır. Deməli, orada 4-6 aralığında dərin və geniş hovuzlar var. Dərin deyəndə yəgin ki, 2-3 m düşündünüz. 5-6 m və daha artığını düşünün...Deməli boya sexindən çıxan çirkli, zir-zibilli sular burada bir neçə prosesdən keçir...Çox dərinə getməyim.Üzə bilmirəm🙈

IMG_20220110_050521.jpg

Apardığım araşdırmalara nəzərən belə qənaətə gəldim ki, bu yazıq hansısa hovuzlardan birinə yıxılıb. ALLAHIN izniylə sağ qalıb🤲 Çünki, kimyasallı çirkab sular və sürüşkən hündür beton divarlar...Yaxşıki, bəzilərində suyun səviyyəsi çox aşağı olub...Sonradan fikirləşdim ola bilsin , bizim sexə yaxın olana düşüb. Çünki, ən çox pəncələri bulaşmışdı bədəni çox da nəm deyildi. O dərəcədə, fikirlərə qapıldımki, kənardan əski tapıb onu qurulamaq yadıma belə düşmədi. Çünki, beynimdə fırlanan ora necə düşməsi və necə xilas olması idi... Kim necə başa düşürsə düşsün, onun vəziyyətinə ürəyim ağradı...

IMG_20220110_050311.jpg

Jalüzləri bağlasam da qazanxananın divarlarında olan havalıq arakəsmələrinin hesabına qazanxana buz kimi idi. Pişikdən də kimyasalın iyi gəlirdi. Belə vəziyyətdə onu sexdən çıxartmağın yada qazanxanada saxlamağım düzgün olmurdu. İnsanlıqdan da deyildi. Nəm bədən + soyuq hava. Yol ayrıcında qalmışdım. Otaq isti olsa da, kimyasalın iyindən içəridə oturmaq olmayacaq. Tutaq ki, iş yoldaşımla dözüb oturduq səhər növbəsinə növbəni təhvil vermək də var. Fikrimi qətiləşdirib onu otağa saldım. Nə olacaqsa olsun, ALLAHIN Qonağıdır...Borcum onun qayğısına qalmaqdır... Ondan sonra nə hadisələr baş verdi, davamı növbəti postumda.
Əziyyət çəkib oxudunuz. Var olun. Əziyyət qarşılığı olaraq ALLAH sizdən razı olsun, postlarınız bol STEEMli olsun. AMİN İNŞƏƏALLAH🤲

Sort:  
 3 years ago 

Salam qardaş. Allah ürəyincə versin.

Coin Marketplace

STEEM 0.16
TRX 0.14
JST 0.028
BTC 59511.68
ETH 2613.19
USDT 1.00
SBD 2.39