" Parents love with kids Photography contest " Season 1 week 1. Gəzintidə qarşılaşdığım maraqlı an.(100% beneficiares for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

#steemitazerbaijan -ın və bütünlüklə STEEMİT TOPLULUĞUNUN şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dostlar sabahınız, axşamınız və gecəniz xeyirli olsun. Necəsiz? Salamatçılıqdırmı? Ümid edirəm hər şey qaydasındadır. İngiliscə bir balaca yüksək olduğundan məcbur olub Ana dilimiz olan "AZƏRBAYCAN dilində" yazmağı qərara aldım. Seçilən mövzu da çox gözəl mövzudur. Bu mövzu elanı verilməmişdən bir gün əvvəl lentə aldığım fotolar lap yerinə düşüb. Dostlar çox əvvəlki postlarımda da qeyd etdiyim kimi Mən həyatda təsadüflərə inanmıram. Hər bir işdə bir xeyir var. İstər neqativ, istərsə də pozitiv vəziyyət olsun fərq etmir hər bir işdə nəsə bir anlam, ibrət vardır.

IMG_20220720_163307.jpg

"Valideyn insanın həyatında əsas rol oynayan mühim amillərdən, şəxslərdən biridir." Bu fikri şübhə etmədən rahatlıqla deyə bilərəm. Bu təkcə insana aid deyil, digər canlılar üçün də keçərlidir. Çünki, insanın formalaşmasında, həyatda atacaq addımları bir başa valideynindən aldığı təcrübə ilə əlaqədardır. Heyvanlarda isə Ailədə əsas yük ANA-nın üzərinə düşür. Çünki, Övladını böyüdənədək bütün əziyyətlərini çəkir, onu həyat ilə tanış edir, həyatda öz yerini tapmaqda yardımçı olur. Düzdü istisna hallar da olur. Həyatdır. Gözləmədiyimiz vaxtda gözləmədiyimiz anlar da yaşaya bilirik. Həyatın da gözəlliyi və mənası bundadır. Ailəni "kiçik dövlət" olaraq nəzərdə tutsaq bu dövlətin irəliləməsi, ayaq üstə qalması üçün əsas sütunlar VALİDEYNLƏRDİR. Bu fotoda Valideyn sevgisini rahatlıqla görə bilərik. Buna nəzərən və aşağıdakı digər şəkillərdə gördüklərimizi nəzər alıb Steemitçi həmkarım @urcah.com - un fikirləri ilə razılaşıb təsdiq edirəm ki, bir çox insan ailə, valideyn sevgisini heyvanlardan öyrənə bilər. Əgər düzgün anlasa heyvanda yox insandan da öyrənə bilər...

IMG_20220720_163310.jpg

Dostlar bu fotolarda hadisənin pozitiv görünən tərəfləri çoxdur. Amma böyük bir neqativ tərəfi də var.Onun şəklini çəkməyə əlim gəlmədi. Çünki, bunu görəndə çox pis oldum. Bu vəziyyət mənə sosial hayatda, televizorda rastlaşdığım bir çox hadisələri xatırlatdı və çox pis oldum...Bu fotodakı Qarabalanın qarnı tox və istirahətin dadını çıxarır...😍

IMG_20220720_163312.jpg

Maraqlısı da odurki, hərəsi bir tərəfdə uzanıb istirahət edir, kimisi də acdı, yemək yeyir. Beləcə günlərini yola verirlər.

IMG_20220720_163320.jpg

Təsirli məqam o olduki, bu dəstələrdən 70 sm , 1 m aralıda ailədən təcrid olunmuş yaralı bala gördüm. Demək olar ki, bir gözün qabarıb göz yuvasından çıxmış vəziyyətdə idi. Onun nə əziyyət çəkdiyini özündən başqası his edə bilməz. Çox təəssüfləndimki, belə bir vəziyyətdə, sevgiyə, qayğıya möhtacı olduğu vəziyyətdə valideyni onu ailədən təcrid edib. Çox təəsüf ki, bu insanlar arasında daha geniş yayılıb. Buna görə qarşı çıxıram, insanın heyvandan örnək götürməsini. İnsanın xislətindədirki, pozitividən çox neqativə meyllidir. O da "nəfsi" səbəbdir...Dostlar hələlik bu qədər. Vaxta da çox az qalıb. Özüm də işdə vaxt tapıb ancaq çatdıra bildim. Əslində bu mövzuda da ürəyim doludur. Bu qədəri hələki, çatdıra bildim...Hələlik. ALLAHA əmanət olun...

  • Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram...

ALLAH Sizdən razı olsun postlarınız bol steemli olsun AMİN İNŞƏƏALLAH 🤲

Sort:  

Pets are family.🐶🐈🐦

 2 years ago 

Yes they are ♥️

Coin Marketplace

STEEM 0.23
TRX 0.25
JST 0.038
BTC 95957.12
ETH 3307.71
USDT 1.00
SBD 3.34