Macəralı iş günlərindən biri😉

in Steemit Azerbaijan☪✔3 years ago

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri gecəniz xeyirli olsun. Əvvəlki postlarımda iş növbələrimin macəralı keçdiyini qeyd etmişdim. Bugünki növbəm də sıradan bir gün oldu desəm yerinə düşər yəni, macəralı gün oldu. Qazanxandakı termosda problem var idi. Su sızıntısı olduğunu işə gələndən xəbər tutmuşdum. Operator vəzifə borcum olaraq aidiyyatı şəxslərə xəbər verməli idim. Qəzanın vaxtında aradan qaldırılması üçün. Namaz qılan iş yoldaşım var. Hərdən onunla zarafatlaşıram : Əxican bunlar deyəsən günahlarımdı problem şəklinə çevrilib, Məni qarabaqara izləyir😉😊🤔

IMG_20211206_085807.jpg

Dostlar şəkildən görsəndiyi kimi xırda problem deyil. Düşünsək ki, çənlərdə təzyiqlə qaynar su olur və suyun xırda bir yeri axınla necə böyüdür işin ciddiliyini anlaya bilərik. Bunun 2 çıxış yolu var : ya çən dəyişilməlidir yaxud da çən təmir olunmalıdır. Həmişəki kimi 2ci variantı seçdik. Qəza nöqtəsi təmir olunmalıdır...! Bunun üçün su axının qarşısı alınmalıdır. Su axının qarşısını almaq üçün isə çənə giriş-çıxış bütün vintellər bağlanmalı və qəza nöqtəsindən su axını kəsilənədək çənin suyu boşaldılmalıdır....

IMG_20211206_091024.jpg

Dostlar çəndəki suyun səviyyəsini aşağı endirmək üçün təyin olunmuş səviyyəsindəki boltu açdıq gözəl mənzərə və maraqlı hadisə baş verdi. Birinci dəfə qarşılaşırdım. Təzyiqin gücü boltu 20-25 m məsafə uzağa tulladı.Çox təəssüfki, açılış prosesini tam tuta bilmədim. Çünki, o effekti tutmaq telefonumun başı üçün deyil🤦🏻‍♂️ İşin gedişatını bilən də, bilməyən də fotodakı görüntüdən rahatlıqla anlaya bilərki, çəndəki su hansı təzyiqdədir.

IMG_20211206_091032.jpg

Aradan xeyli vaxt keçməsinə baxmayaraq çəndəki su bitmək bilmirki, bilmir))) O aralıqda qaynaqçı ilə söhbət də etdim. Hər bir #steemitazerbaijan -lı kimi mən də çəkilişə başlamazdan əvvəl qaynaqçıdan izn aldım. O da cavabında: məni çəkmə, işin gedişatını çəkə bilərsən dedi... Su bitməsində olsun, biz isə digər hazırlıqlara başlayaq.

IMG_20211206_091421.jpg

Buna arqon qaynaq deyilir. Digər qaynaq növləri ilə müqayisədə bu daha məqsədə uyğundur. Dostlar bu proses uzun çəkəcək. Ən yaxşısı davamı növbəti postda. Necə ki, qaynaqçı işini yarımçıq saxladı, işinə sabah davam edəcəyini bildirdi. Mənim tipim belə deyil, məcbur vəziyyətə görə özümü belə ayarlayıram...İŞ İCABI DEYƏLİM😉 İşə nə qədər can yandırırsan, "işləmirsən" deyirlər...Tutan tutdu nə demək istədiyimi 😊
Nəisə dostlar hələlik bu qədər. Əziyyət çəkib oxudunuz. Zəhmət qarşılığı olaraq, ALLAH sizdən razı olsun, bol STEEMli postlar arzu edirəm. AMİN İNŞƏƏALLAH🤲

Sort:  

Salam.. Oxuduqda həyəcan keçirdim hətta..)) Allah qorusun, qorxulu işiniz var.. Şəkillərə belə tam baxa bilmədim, o qədər ürküdücü gəldi mənə..)))

 3 years ago 

Aleykum SALAM. Təkəbbürlük kimi olmasın artıq öyrəşmişəm))) Onu da bildirim ki, bu hələ heçnədir. Bundan daha da qeyri-adiləri var. ALLAH bəşəriyyəti qorusun. AMİN İNŞƏƏALLAH🤲

Halaldır. 👍
Amin inşallah. 🙏🏻

 3 years ago 

Mercy MADAM😊

 3 years ago 

Maraqlı həmdə təhlükəli işiniz var 🙄

 3 years ago 

Əvvəla bu qrupda və daha sonra Maraq dairəsində olmağımdan çox məmnunam. Diqqətinizə görə minnətdaram. ALLAH razı olsun. AMİN İNŞƏƏALLAH🤲

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60078.84
ETH 3197.52
USDT 1.00
SBD 2.45