"DƏHŞƏTNAMƏ" sayəsində gəzinti😍😉😂

in Steemit Azerbaijan☪✔3 years ago

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri axşamınız xeyirli olsun. Necəsiz? Ya Mənə elə gəlir, yada, son vaxtlar konkret olaraq qrupda durğunluq var. Səbrli olaq İNŞƏƏALLAH yaxşı olar🤲 Post yazmaq üçün xeyli material toplamışdım, çox təəssüf hamısını vaxtlı- vaxtında qeyd edə bilməmişəm. Dekabr ayı mənimçün çox yorğun ay oldu. Bütün işlər qarışdı bir-birinə. Yenə də, kefimi pozmuram. Hər işdə bir xeyir və bir səbəb var deyərək, səbr və təmkinlə həyata, yaşamağa davam deyirəm. Çünki, əminliklə deyə bilərəm ki, Hər Qaranlıq gecənin, Nurlu bir sabahı var...Sadəcə insan qarşılaşdığı və qarşılaşacağı problemlərə, hadisələrə səbr və təmkinlə sinə gərməlidir...Bu qədər gərgin günlərdən birini sizinlə paylaşıram. Qohumdan yaxın bir insanın toy xəbərini eşitdim.(Bütün subaylara qismət... 🙋🏻‍♂️Mən də varam😂 AMİN İNŞƏƏALLAH🤲) VƏ bunu da digər qohumlara, yaxınlara, tanışlara bildirmək lazım idi. İş yenə mənə düşdü. ALLAH kəssin xasiyyətimi. Nəisə əvvəlcə dəvətnamə seçmək gərək...Çünki, şadlıq evinin xüsusi dəvətnaməsi yox idi...

IMG_20211208_101715.jpg

Araşdırdıq nəticədə bu görünüşlü dəvətnaməni seçməli olduq. Razılaşdıq və beh əvəzi bütün borcumuzu ödədik. O işin dalınca mən düşürəmsə, ALLAHA şükür o iş alınacaq amma mən sürünə-sürünə qalacam. Məncə belə işlərə görə əziyyətə qatlanmağa dəyər 😉 Sözümün canı vare... Danışdıq, razılaşdıq, sifariş qəbul olundu, əlaqə nömrəsi götürdüm, deyilən vaxta 20-30 dəq qalmış satıcı mesaj yazdı ki....Şəklə baxın özünüz anlayacaqsınız.🤦🏻‍♂️

IMG_20211218_204503.jpg

Bu xəbəri oxuyanda elə bil, Təpəmdən Qaynar su tökdülər. Yaxşı ki, dəvətnamə yazanlara da vaxtı biraz özüm gec demişdim ki, nə olar olmaz, gecikmə olsa narahatlıq olmasın...

IMG_20211208_135534.jpg

Şəkillərə baxıb bunu seçdik. Bu da pis deyil. Bilmirəm bəlkə də, Məni yanlış anlayacaqsız bu vəziyyəti də , Hər şeydə bir xeyir var deyərək yola verdim🤲

IMG_20211209_085802.jpg

Yolculuq şimal istiqamətində oldu. Missiyam şimal qohumları,yaxınları "DƏHŞƏTNAMƏ" ilə Dəhşətə gətirmək idi😂 Bu Sözü də bir qohumumdan öyrənmişəm. Əvvəllər xırda toy səsi gəlsin, hamı qaça-qaça gələrdi, indi isə Dəhşətə gəlirlər😉 Camaatı qınamıram. Məsələni çox açıb-ağartmağa da ehtiyac yoxdur. Nə demək istədiyimi çoxu başa düşür...

IMG_20211209_104751.jpg

Xeyirli bir iş üçün yola çıxsam da, gəzməli yerləri gəzsəm də, təmiz kənd havası udsam da, fikrim elə Qazovkalı Sumqayıtımda idi... Bəlkə də, bu hisslər Sumqayıta olan bağlılığımdan irəli gəlir.

IMG_20211209_162914.jpg

Hə Dostlar missiyamı yerinə yetirdim indi yolun kənarındakı bu plakatları sayıram...Hər dəfə plakatdakı rəqəmlərə sevinərək baxıram görüm Sumqayıtıma çatmağıma nə qədər məsafə qaldı....
Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram. Əziyyət qarşılığı olaraq ALLAH Sizdən razı olsun, postlarınız bol STEEMli olsun. AMİN İNŞƏƏALLAH🤲

Sort:  

Həmişə toyda.
Əziyyətli iş düşüb üzərinizə.))) Amma onu da deyim ki heç o dəvətnaməyə fikir verən olmur.)))

 3 years ago 

Hə vallahi😀😀

 3 years ago 

İndiki bəzi insanların düşüncəsiylə desək, "Həmişə toyda" qarğış kimi çıxır😊😊 Şaka yaaaa...ALLAH hər kəsə xeyirliklər nəsib etsin. AMİN İNŞƏƏALLAH🤲 BU işlər üçün əziyyət çəkməyə dəyər. O da düz fikirdir. İnsanlar müxtəlif, fikirlər müxtəlif. Amma belə vəziyyət də olurki, dəvətnaməni görüb, ucuz-baha olduğunu yoxlayırlar. Hərdən bir mız da qoyurlar. Dəvət edən artıq yaddan çıxır.

Amin inşallah, babalarımız demiş bütün subaylara qismət.. Yorğunluq keçib gedir, əsas xoş günlər olsun. 🙏🏻
Nəticədə kağız parçası, önəmi olmamalıdır, qiymət ölçülməsə daha yaxşı olar.

 3 years ago 

Bəli. İnsana qalan da mənəvi,dürüst yaxınlıqdır. Yerdə qalanlar tədricən düzələn şeylərdir.

Elədir ki var. 👍

 3 years ago 

Həmişə toyda əziz qardaş. Maraqlı yazırsan oxuyanda kefim açılır😀😀

 3 years ago 

Çox sağ ol Qardaşım. Subaylara qismət. ALLAH köməyində olsun. Hər zaman kefin kök olsun. AMİN İNŞƏƏALLAH🤲

 3 years ago 

əslində dəvətnamənin adı gələndə hamını qorxu bürüyür, çoxda görüntüyə fikir verən yoxdu. 😅👍🏻

 3 years ago 

Çox təəssüfki getdikcə bu qorxu çoxalır...

Bizim rayon 😄 .. eyni mənim keçirtdiyim hissləri sözlərlə izah etmisiz 😄 . Plakatdaki rəqəmləri demək olar ki ezbere bilirəm 😄 . bu arada ALLAH xoşbəxt eləsin

 3 years ago 

MAŞALLAH olsun. Deməli, Mən tək deyiləm😂 Çox sağ olun. ALLAH razı olsun. Subaylara qismət AMİN İNŞƏƏALLAH🤲

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 59020.94
ETH 2603.39
USDT 1.00
SBD 2.44