🌹Club5050🌹 THE DİARY GAME BETTER LİFE - 30.07.2022. YENİ TELEFON ALIŞINDA😍(100% Beneficiares for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri axşamınız xeyirli olsun. Necəsiz? Nə var nə yox ? Salamatçılıqdı? Ümid edirəm hər şey qaydasındadır İNŞƏƏALLAH🤲 Dostlar dünənki gün də həyatımda yadda qalan günlərdən biri oldu. Əslində hər gün həyatımızın xatirə dəftərinə qızıl hərflərlə yazılır. Bəzən problemlərlə dolu neqativ, bəzən də sevincli anlarla dolu pozitiv...Əslində hər anımıza görə ALLAHA şükürlər olsun. Çünki, başımıza gələn hər bir yaxşı və pis vəziyyətlərdə bir xeyir vardır. Sizə qəribə gələcək ki, pis vəziyyətdə nə xeyir ola bilər? Düzdü anlayan anlayır, anlamayan üçün də bir açıqlama verim. Özüm dərk etdiyim kimi. Hamımız da bilirikki bu dünyada qonağıq və YARADAN tərəfindən sınanırıq(Düzdü əvvəlimizin və sonumuzun necə olacağını o Əvəzsiz ELM, HİKMƏT SAHİBİ çox gözəl bilir. Bizi çox istədiyindən bizim üçün bu sınaq şəraitini yaradıb.) Belə bir deyim də, "Sınaq dünyasındayıq..." Bu deyimi Ağsaqqal-ağbirçəklərdən çox eşitmişəm. Və Bu da gərəksiz yerə deyilməyib. Dostlar loru dildə desəm insan günlərlə, aylarla, illərlə məşq edir qarşılaşdığı hər əziyyətə qatlanır. Ağırlıq qaldıran müəyyən müddətdən bir qaldıracağı ağırlıq alətinin kütləsini daha da artırır. Səbəb də odurki, güclənib daha da ağırını qaldıraraq turnirlərdə yüksək pillələrə ucala bilsin. Həyatdakı bu çətinliklər də insanın güclənməsinə, həyatda inamla addım atmasına səbəb olur. Bu cəhətdən qarşınıza çıxan problemə özünüzü geliştirmək üçün rastlaşdığınız bir alət kimi baxın. Buna nəzərən problemi düzgün dərk edib, düzgün addımlar atmağa çalışın. Sonrasına isə özünüz şahid olacaqsınız...

IMG_20220729_103342.jpg

Bibimin yoldaşının telefonu neçə vaxt idi ki, xarab olmuşdu. Əslində əsas problemi yaddaş ilə əlaqədar idi.Rahat 4 il idi ki, işlədirdi. Yaddaşı 16GB olduğundan telefonu yeniləyə bilmir və bu səbəbdən telefon ağır işləyirdi. Bəzən də video çəkəndə telefonun ürəyi gedirdi...Apardığım təcrübələrə əsasən yaddaş telefon üçün önəmli hissələrdən biridir. Texnologiyanın inkişafını nəzərə alsaq gündən-günə yenilənən proqram və sistemlər artıq daha çox yaddaş tələb edir. Telefonun normal işləməsi üçün əməliyyat sistemləri normal işləməlidir. Bunun üçün əməliyyat sistemləri fayllarını depolaması üçün geniş depolama hissəsi olmalıdır. Yəni yaddaş. Təsəvvür edək ki, telefonun ümumi yaddaşı 16GB yenilənmədən sonra əməliyyat sistemi telefonun yaddaşında 12-13GB yer tutur. Bəs şəkil, video, oyun 🤦🏻‍♂️ Bunlara artıq yer qalmır.

IMG_20220729_102119.jpg

Son bir neçə gündə gigant(bizim üçün) elektronika mağazaları haqqında eşitdiyim neqativ vəziyyətləri(öz başıma da gəlib. Hətta həmin maqazində VİP müştəriyəm🤦🏻‍♂️) nəzərə alıb. Yollandım XALAMOĞLU ELEKTRONİKA DÜNYASIna...@roshka1978 mənə çox köməklik göstərdi. Bibimin yoldaşı digər maqzinlərdən özü soruşmuşdu, yaş həddi 65-i (ALLAH ömür versin. AMİN🤲) keçdiyindən kreditə yaxın duran olmadı. Hər şeydə bir xeyir var.

IMG_20220729_102251.jpg

Xalamoğlu ilə vəziyyəti analiz etdikdən sonra bir qərara gəldik. Həm qiymət münasib olmalı idi, həm də alınacaq məhsul keyfiyyət cəhətdən tam olmasa da bir çox göstəricilərə cavab verməli idi. İlkin ödənişimizi də etdik və Xeyirli olsun deyərək XİAOMİ REDMİ 10- u aldıq.

IMG_20220729_103310.jpg

Düzdü problem çıxanda fərq etmir hamısında ola bilir. Yenə də ehtiyyatımızı götürdük..😉
4GB/64GB, 5000 mah. Çəkilişi də başqa aləmdir. 4 ədəd kamera 50;8;2;2MP və ön kamera 8MP telefon haqqında xırda açıqlamalar hələlik bu qədər.

IMG_20220729_105236.jpg

Daha sonra telefona qoruyucu üzlük və kaburo aldıq. Bu proseslər bitdikdən sonra Yolçu yolunda Gərək...😉

IMG_20220729_103228.jpg

Dostlar əslində bunu dünən paylaşacaqdım. Yorğunluq güc gəldiyindən çatdıra bilmədim.😔Əsas odurki indi yaza bildim. Dostlar hələlik bu qədər. ALLAHA əmanət olun. AMİN İNŞƏƏALLAH 🤲

-Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram...

ALLAH Sizdən razı olsun postlarınız bol steemli olsun AMİN İNŞƏƏALLAH 🤲

Sort:  
 2 years ago 

Mübarəkdi🖐️

 2 years ago 

Çox sağ olun. ALLAH razı olsun. Olmayanlara qismət. AMİN İNŞƏƏALLAH 🤲

Coin Marketplace

STEEM 0.28
TRX 0.13
JST 0.032
BTC 60625.76
ETH 2898.84
USDT 1.00
SBD 3.62