❤️Club5050❤️Sənət Əsəri...❤️(100% beneficiares for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri axşamınız xeyirli olsun. Necəsiz? Nə var nə yox? Salamatçılıqdı? Dostlar bir balaca uzun sürən iş rejimindən sonra nəhayət evə sağ-salamat gəlib çata bildim. Günlərin bir günü Balaca Dostum 3-cü sinif şagirdi Tusəm Lida Dayısı Orxanın karikaturasını yaratdı. Deməli, bu yaşda uşağın düşündüyünə və diqqətinə fikir verək. Məndən soruşurdu, Dayı Sən nəyə görə şəkillərdə bir qaşıvı qaldırırsan? Mənə də çox maraqlı gəlirdi. Amma Uşağın sualı qarşısında aciz qalmışdım. Cavab verə bilmirdim. Həqiqətən görəsən Mən nə üçün belə edirəm?

IMG_20220719_232634.jpg

Görün necə də oxşarlıq var? MAŞALLAH olsun konkret oxşadıbaaa😂 Əllərinə sağlıq Kız😍😍 Mənim özümə də ləzzət elədi...

IMG_20220723_185608.jpg

Deməli əvvəlcə karkasımı çəkdi. Yəni sadə qələmlə skletimi çizdi- çəkdi. Ayaqlarımı çəkməyi yaddan çıxartmışdı.😂 Həm də, sağ olsun Dayısına qalstuk geyindirib, kostyum jilet də əlavə edib...Heç xoşlamadığım geyim formasıdır. Amma nə etmək olare, ƏMR BÖYÜK YERDƏNdir...😍 Sağ olsun Dayısının skletini hazırladıqdan sonra növbəti etaba keçid etdi...

IMG_20220723_185554.jpg

Sağ olsun Gözəl Bala Dayısını geyindirib keçindirdi. Üzərimdə rəngləmə işləri də gördü. Mənim heç xəbərim də yox idi bu rəsmlərdən. Məndən soruşdu ki, Dayı Sənin gözlərinin rəngi nə rəngdir? Mənə də maraqlı gəldi ki, nəyə görə soruşdu? Gizlətdi heçnə demədim. Amma bu işdə nəsə bir iş olduğunu bilirdim. Bu dərəcədə maraqlı olacağını bilmirdim.Qəhvəyi gözlər, tünd göy qalstuk, qara pencək və qəhvəyi jiletka...sifətindəki saqqal və bir qaş da yuxarı😉🤨

IMG_20220723_185532.jpg

Dəyərli Rəssam sənət əsərini yaratdıqdan sonra imzasını da atdı və Mənim adımı da qeyd etdi. Qızıl Əllər😍

  • Dostlar hələlik bu qədər. Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram...

ALLAH Sizdən razı olsun postlarınız bol steemli olsun AMİN İNŞƏƏALLAH 🤲

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.031
BTC 58976.49
ETH 2502.14
USDT 1.00
SBD 2.48