❤️Club5050❤️ Duzlu smen😂😍(100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri gecəniz xeyirli olsun. Necəsiz? Nə var nə yox? Salamatçılıqdırmı? Ümid edirəm hər şey qaydasındadır. Dostlar bir balaca fasilədən sonra yenidən geniş postlar yazmağa başlamağı qərara aldım. Fəsilə də ondan ibarət idi ki, bəzi şəxsi məsələlərə baş qarışıqlıq olduğundan yalnız bir şəkilli postlarla aktivliyimi qoruyub saxlamaq məcburiyyətində idim. Özündən razılıq kimi olmasın, əslində bu vəziyyəti özümə heç yaraşdırmırdım. Çünki, çox zaman geniş postlar yazmağa çalışan adam indi kiçik postlarla kifayətlənir. Həqiqətən heç yeri yoxdur. Amma nə etmək olar. Əsas odurki, düşdüyün vəziyyətdən çıxış yolu tapmağı bacarasan.Bu aralarda fürsət tapdıqca postlar üçün materiallar da toplamağa çalışırdım.Keçim əsas məsələyə.

IMG_20220710_080428.jpg

Adi iş günlərindən biri idi. Həmişəki kimi pozitiv enerji dolu vəziyyətimlə işə gəlmişdim. Bu gözəl mənzərəni gördükdən sonra pozitivlik dən əsər-əlamət qalmadı. Səbəbi də fotodan aydın görmək olar. Deməli, bizim işdə "duz" önəmli amillərdən biridir. Bir proses varki, onun gedişində duz mühüm rol oynayır. Araya bayramlar üstəlik şənbə və bazar günləri də düşdüyündən qazanxananın duz ilə təmin olunmasında gecikmələr oldu. Alternativ variant olaraq başqa bir şirkətdən xırda hissə olaraq 3-4 ton aralığında duz alındı.Bu mərhələni aşmaq üçün. Biz görmüşük ki, normal paketlərin üzərində duz gəlsin. Burada isə nətər gəldi dağınıq halda yığılmış vəziyyətdə qazanxanaya gətirilib və eləcə də boşaldılıb.

IMG_20220710_124838.jpg

"Yükdaşıyan araba"nı (Termin olaraq adına transpalet deyilir.)gətirib duzla dolu kisələri yığmaq üçün əlverişli yerdə saxladım. Daha sonra duzları yükləməyə başladım.

IMG_20220710_125429.jpg

İstifadə edəcəyim qədər yığdıqdan sonra istifadə etmək üçün su ilə dolu olan vedrələrin yanına apardım. Duzları boşltdıqdan sonra ərindiyimdən duz kisələrini səliqəli şəkildə yığmadım. Səhərə də iş saxladım😂

IMG_20220711_132247.jpg

Vaxt-vədə yetişdi. Smeni təhvil verdim. İş yoldaşıma da xəbərdarlıq etdim ki, bu iş mənlikdir. Sabaha mənim görüləsi işlərindən biri də budur. Gözünə döndüyüm bekar qala bilməyib. Səliqəli şəkildə kisələri bu cür yığıb. Mənə də şəkil atıbki, gör necədir? 🤦🏻‍♂️ Sağ olsun əla iş görüb amma belə yeri yox idi. Bəs Mən nə iş görəcəm?🤔😂 Dostlar hələlik bu qədər.

  • Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram...

ALLAH Sizdən razı olsun postlarınız bol steemli olsun AMİN İNŞƏƏALLAH 🤲

Sort:  
 2 years ago 

3-4 tons of salt! What do you do with so much salt? Do you work in a salt factory? Are these salts useful for food?

 2 years ago 

Salam aleykum Bro. I work in a textile factory and my profession is Boiler Maker. We have Yes Bro. In normal condition water are hard. We have a lot of devices. They are works with steam. And Boiler Maker provide that devices with steam, heating systems (bathrooms for workers washing, for office for salon heating systems in cold weather and others... )with hot water for canteen.... For That systems hard water is so much bad and dangerous. Beacuse water boil to 100°C but, it's few for us. We need more temperature for water turn to steam. In that proses in boiler devices makes lime form hard water. Salt helps us make soft water form hard water. Soft water is good for devices...Solt is not only for food. 😉

 2 years ago 

Wow, thanks for your kind information. 🤝

 2 years ago 

You are welcome Bro🤝🫂

 2 years ago 

nətər də anlaşırlar e

 2 years ago 

Müəllim tutdun da söhbəti...

uzerlik_0256.jpg

link

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 58754.61
ETH 2507.93
USDT 1.00
SBD 2.47