🌹Club5050🌹Ağdaş rayonuna yürüşünün son anları...😍(100% beneficiares for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri axşamınız xeyir... Necəsiz? Nə var nə yox? Salamatçılıqdı? İş-güc? Baş-beyin xarab edən yenə gəldi də...😂 Tamamlamadığım işlər qalıb axı. Onları da həll edim. Sonra görüm nə olacaq😉 Dostlar belə qayıdıram on-on bir gün əvvələ. 17.05.2022 tarixində vətənimiz Azərbaycanın dilbər guşələrindən(bir balaca çox tərif olmadı?🤔 Azərbaycanın hər qarışı mənə əziz doğma və dilbərdir. Subyektiv fikrimdir. 😍) olan Ağdaş rayonuna bir balaca uzun müddətli yəni, 14 saatlıq gəzintim olmuşdu. Bu səfərimdə xeyli şəkillər lentə almışam. İndi də onlardan bala-bala istifadə edirəm.😉 Təbiətin belə gözəlliyi qarşısında həqiqətən heyran qalıram. Şair deyiləm ki, ilhamlanıb şe'r yazım, rəssam da deyiləm ki, təbiətin gözəlliyindən həzz alıb qələm, fırça , boyamla xariqələr yaradım. Yetimin olanından bircə telefonum var, həvəskar fotoqraf kimi fotoları çəkə-çəkə gedirəm. ALLAH axırını xeyir eləsin. AMİN İNŞƏƏALLAH 🤲

IMG_20220517_084736.jpg

Dostlar şəkil çəkə-çəkə bir də ayıldım ki, İsmayıllı rayonunun girişinə gəlib çatmışam. Coğrafi biliyim zəif olduğundan İsmayıllı rayonunun hansı kəndidir, həqiqətənmi o ərazilərdəyik, yoxsa tamam başqa yerdir kimi bildiyim yoxdur. Sadəcə yolüstü o yazını oxudum vəssalam. İşarə qoyulubsa deməli həmin ərazidəyik. Boş-boşuna rasxod edib o boyda yazını ora yerləşdirməzlərki...Mənə nə lazımdı, görüntü üçün maraqlı vəziyyət olsun mən də yararlanım. Bundan əlavə olduğun məkanın adını, yerini bilmək də lazımdır axı...

IMG_20220517_090753.jpg

Biraz irəlilədikdən sonra maraqlı vəziyyət ilə qarşılaşdıq. Yol kəsdi falan😂 Maraqlısı da o idi ki, camaat iri buynuzlu, xırda buynuzlu nəyi var buraxıb çöllüyə. Çöllüyün ortasından magistral yol keçir. Sürət həddini 60 km/saat qoyulsa da, buna ancaq kasıb camaat riayət edə bilər. Çox dərinə getməyim. Söhbəti uzadıb bezdirici olmayım. Bilən bildi nə demək istədiyimi. Bu trampilini də salamatlıqla keçdik...

IMG_20220517_093640.jpg

Qarşıda belə gözəl görüntülərin bizi gözlədiyini bilmirdim. Düzdü hava qaşqabaq sallasa da bunun ayrı ləzzəti var.

IMG_20220517_093829.jpg

Bir-iki şey məni muçit elədi. Onu da yığıb yığışdıra bilmirdim. Havanın tutqun olmasından maşında şitin üstündə nə vardısa hamısı parpresin üstündə əks olunmuşdu. Mən də naəlac qalıb çəkilişə davam etdim. Onu da deyimki, bir tərəfdən yaxşı idi. Fotonun təbiiliyini daha da artırırdı. Diqqət etsəz əks olunan əşyalar fotoda ayrıca görüntü yaradıb. Görən deyərki, kolluğun dibindəki o açarlar nə mənə?😉 Kibrit paçkası da uzaqdan plakat kimi görsənir. Oki, üzərində yazılırdı İstəsəz Sizin də reklamınız burada ola bilər😂

IMG_20220517_100922.jpg

Dostlar nəhayət gəlib kəndimizə çatdıq. Səhv axtaranlar deyəcəklər ki, Qubalı ola-ola Ağdaş rayonunun kəndinə kəndimiz deyir...Bəli bütün AZƏRBAYCAN MƏNİMDİR 🤗😍 Kənd yolu ilə biraz da irəlilədikdən sonra qarşılaşdığım küçələr tanış gəldi.

IMG_20220517_101107.jpg

Sanki nə vaxtsa buralarda olmuşam. Guya da))) Hə Dostlar az getdik, çox getdik nəhayət ünvana çatdıq. Burada gəliş postumu bitirirəm. Bunu hələ geri dönüşü də var. Öncəki postlarımda bildirdiyim kimi geri dönüş hər zaman daha rahat olur. Yəni ki, geri dönüş bir neçə postumla sizi az müddətlik narahat edəcəm...😂

  • Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram. ALLAH Sizdən razı olsun, postlarınız bol steemli olsun. AMİN İNŞƏƏALLAH 🤲
Sort:  
 2 years ago 

Yolunuz uğurlu olsun Göyçaya yaxın məsafədə olmusuz

 2 years ago 

Çox sağ olun. Uğurlu olub keçib☺️ Yolumuzun üstü olub.

 2 years ago 

Iap burnumuzun dibinə qədər gəlibsənmiş ki))

 2 years ago 

Məni bilmək olmur. Bir də gördüz Sizin məkana da gəlib kruq atıb qayıtdım)))

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.029
BTC 56662.37
ETH 2982.22
USDT 1.00
SBD 2.15