Boya 2 Qazanxanasına gəzinti😉

in Steemit Azerbaijan☪✔2 years ago

#steemitazerbaijan -ın şəxsi heyətinə SALAM olsun...🙋🏻‍♂️

Dəyərli Qrupun Dəyərli Üzvləri gecəniz xeyir. Necəsiz? Fikir versəz son vaxtlar postlarımın paylaşımı gecə gecə radələrinə təsadüf edir. Buna təsadüf deməzdim. Sadəcə həmin vaxtlara normal rahat vaxt tapa bilirəm...Dostlar bugünki, gəzintimiz Boya 2 Qazanxanası istiqamətindədir. Hazırlaşın, kəmərləri bağlayın getdik. Necə deyərlər yolçu yolunda gərək😉

IMG_20211202_214418.jpg

Nəhayət hadisə yerinə gəlib çatdıq. Bura Boya 2 Qazanxanasıdır. Adından bəlli olduğu kimi Boya 2 sexinə məxsus qazanxanadır. Yüklənmə çox olmasın deyə hər sexin öz qazanxanası var. Bu o demək deyilki, bu qazanxana sırf bura üçündür. Bəzən düşdüyümüz vəziyyətdən asılı olaraq bir qazanxana ilə bir neçə sexi lazım olan resurslarla təmin etmək olur. Yəni ki, fövqəladə vəziyyət, işin zəifliyi və başqa səbəblərdən dolayı qazanxanalar təhkim olunduğu sexdən əlavə digər 1-2 sexi də par və isti su ilə təmin edə bilir.

IMG_20211202_214527.jpg

Gördüyünüz iri aparatlar Qazan adlanır. Burada su maye halına çevrilərək sexlərə ötürülür. Çünki, sexlərdə elə aparatlar varki, onlar parla işləyir vəya malların boyanması prosesində istifadə olunan soyuq su parın hesabına lazım olan dərəcədə qızdırılır.

IMG_20211202_214712.jpg

Bunlar isə yumşaltma çənləridir. Burada Cod Su duz və kimyasalla yumşaldırılaraq sexlərə ötürülür. Yumşaltmaq o məqsədlə edilir ki, Cod su aparatlarda ,borularda ərpləşmə yaradıb xəttləri sıradan çıxarmasın.

IMG_20211202_214556.jpg

Bunlar isə Cod su və yumuşaq su pompalarıdır. Bunların sayəsində qazanxana aparatların cod su vurulur və hazır yumuşaq su qazanxanadan ehtiyyat su çənlərinə və sexlərə göndərilir.

IMG_20211202_214612.jpg

Bu gördüyünüz sistem isə Yanğın söndürmə sistemidir... Bu sistem vasitəsilə yanğınsöndürmə çənləri ehtiyyat və ərazi üzrə yanğınsöndürmə hidrantları su ilə təmin edilir...
Dostlar düşdüyüm vəziyyət:Bu postu çalışıb-vuruşub dünən yəni 02.12.2021 tarixinə çatdırmalı idim. Çox təəssüf təhvil-təslim və iş yoldaşımla söhbətdən dolayı yalnız (söhbətimizin müddəti 00:00- 02:35) bu vaxta çatdıra bildim.Əslində 02:35də yazımı tamamlamalı idim. Çox təəssüfki, 03:10-a çatdıra bildim. O vaxta qədər başıma gələn macəra da növbəti postda😔

Hələlik bu qədər. Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram. Ümid var ki, bugünki gəzinti maraqlı oldu.Zəhmət qarşılığı olaraq: ALLAH Sizdən razı olsun. İşlərinizdə uğurlar, bol STEEMli postlar arzu edirəm. AMİN İNŞƏƏALLAH🤲

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 64136.70
ETH 3128.20
USDT 1.00
SBD 3.94