Səpələnmiş ölümlər arasında

dünən – gecənin ölü sevindirən çağı Hilal Baydarovun “səpələnmiş ölümlər arasında” filminə baxdım.

197892043_1400086613695227_5204187671840222213_n.jpg
image

filmin uğurları məni sevindirmişdi, öz-özümə demişdim ki, nəhayət, yerli sənət mühitinin göyündən intəhasız ümidsizlik pərdəsi çəkilir, qərib yerdə mayak görünür, - könlümə qərib fərəh dolmuşdu, fəqət dünən – gecənin ölü sevindirən çağı başımdan qalxan tüstü təzədən haman intəhasız ümidsizliyə bülənd oldu, məyus oldum.
yazmaq da belədir. bir var, yazmaq, bir də var, yazı haqda danışmaq. yazı haqda danışmaqla yazının özü ayrıdır.
əfsus!
Baydarov film çəkməyib, film haqda danışıb. daha doğrusu, bu film göstərmir, eləcə danışır.
oyunçuluq haqda danışmaqdan ötrü səbəbim yoxdur. niyə? – çünki filmdə aktyor yoxdur! aktyorluq eləyən qara gödəkçəlilər var, doktor var, doktorun bratva
sı var, o var, bu var, fəqət aktyor yoxdur, oyunçuluq yoxdur.
ssenari bərbad! dialoqlar – vay, vay... çox pisdi e, əzizim, çox pis!
film əla rənglənib, səsi qəşəngdir, texniki müstəvidə müəyyən xal vermək olar, fəqət bu saat yarımlıq ekran işi hər nədirsə, film deyil, film haqda danışmaqdır.
əlbəttə, Davud, İsa, Musa, - hərçənd, bu göndərmə də çox səthi, bəsit göndərmədir, bədii həlli yoxdur – nə bilim, xilasedici göydəndüşməlik haqda danışmaq olar, yazmaq olar ki, əslində, bratva
nın bir yolda dörd dəfə maşın dəyişməyi çaparların at dəyişməyinə işarədir; motosikletin tərkində ketli gəlin, onların arxasınca dövlət yol polisi maşını filan şeyi nişan verir – ancaq mən yaxşı bilirəm ki, bu mənaları zorla o kadrlara yükləmək azərbaycançılıqdır, yaxşı, bəs Venesiya kinofestivalındakı ustadlar nəyin yoxluğundan, nəyin çoxluğundan o qərara gəlmişdi? ustad Karlos Reyqadasın bu qaraqışqırığın içində nə işi var – onu qanmıram.
bəd-bəd danışıram, ancaq yaxşı ki, belə filmlər çəkilir, uğur qazanır, yerli yaradıcılıq mühiti silkələnir.
bəs nə!
pillədir!
filmlərimiz gələcəyə - əsl filmə haman pillələrnən ucalacaq!
**

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.029
BTC 66902.93
ETH 3441.22
USDT 1.00
SBD 2.63