hamı salamatdı, hamı yaxşıdı...

musiqi var, dinləyirəm, elə bilirəm, hamı salamatdı, hamı yaxşıdı.
Emin Sabitoğlunun bəstələriynən atama yetişirəm, bir yaşıl yaz səhəri o başdan Gözəlcə qışlağına - intəhasız zəmilərin ortasından ilan kimi qıvrılıb keçən torpaq yola düşürəm, marlbronun tüstüsünə qarışıram, ağ volqadan səmanın ənginliklərinə çəkilirəm, uçuram, uçuram...

hills-615429_1920.jpg
image
musiqi var, dinləyəndə elə bilirəm, hamı salamatdı, hamı yaxşıdı.
Elmira Rəhimovanın intizarını dinləyirəm, Qarayazı meşəsi, Kürün qırağı...
palıd ağaclarının kölgəsində Mahmuda sirr verirəm, Mahmuddan sirr alıram, qırmızı kəmturş şərab ikimizi də məst edir, ayaqlarımız dolaşır, hərəmiz bir ağacın altına sərələnib Şıxlı kəndinin göyünə zillənirik...
hamı salamatdı, hamı yaxşıdı,

Ömər Xəyyam

Sort:  
Loading...

Yalan danışmayın, heç kəs ölməyib.
Harasa gediblər, qayıdacaqlar...

 3 years ago 

ela post

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.029
BTC 66902.93
ETH 3441.22
USDT 1.00
SBD 2.63