Bu kənd məni çox təcübləndirdi.(*_*)

Salam hər vaxtınız xeir olsun.Çoxdandı böyük yazı yazmırdım.1həftə bundan əvvəl Oğuz rayonuna getmişdim.Bizi hara getsək,harda olsaq hər zaman beynimizdə bir şeyi fikirləşirik steemitdə post paylaşmağı.Bunun üçündə fotolar çəkərək bunu nəvaxtsa haqqında yazacam deyib telefonda saxlayırığ.Mən belə edirəm sizlərdə yəqinki, belə edirsiz.
IMG_20220823_100205.jpg
Deməli bu kənd haqqında qısa paylaşım etmişdim indi geniş yazmağa qərar verdim.Birgün bir qohum var dediki,Oğuz rayonunda bir həkim var atamın yağlarını və belini deyilənə görə bir tək o sağalda bilər.Küt ağrıları sakitləşdirir.Məndədı maşın olduğu üçün mənə dedi və razılaşdım.Yola düşdük.Yolu biraz getdikdən sonra bir bərbat yol çıxdı,30 dəqiqə ysvaş templə getmişik.
IMG_20220823_095458.jpg
Gəlib kəndə çatdıq.Kəndin adı yadımnan çıxıb.Gəlib kəndə çatsağda həkimi tapıb çıxarmağ biraz vaxtımızı aldı.Yolda bir nəfərdən soruşanda Həkimin adını deyən kimi , dayı qayıdıb nə desə yaxşıdı,o həkim deyil türkəçarədi.Burda dayının dediylərindən bir Ana abidəsinnən sola dönmək yadımda qalmışdı.Ordanda bir çobanın verdiyi arintrofqaynan getdik.Nəhayət bu türkə çarəni tapdıq.Bu qohumu yola saldım həkimin yanına.
IMG_20220823_095502.jpg
Sonradan yola -irizə evlərə baxdıqca sanki 50 il geriyə qayıtmışam.Düzdü 50 il əvvəldə mən olmamışam amma televizorda , qazetlərdə görmüşəm.Adamın ürəyi sıxılırdı.bütün evlər palçığ kərpiclə tikilmişdi.Birdən ayıldım ki, burda foto çəkməy lazımdır.
IMG_20220823_095650.jpg
Burda insanlar bir qəribədir.Amma fikir verirsənki,heçnədən şikayətçi görsənmirlər.Orda marağımı çəkən ən çox insanlar həyətlərindən çıxmadan biri- biriylə söhbət edirdilər.Bizlərdə çəpər söhbəti deyirlər.Bunlar elə danışırdı ki,sanki qabağlarında bir çəpər var.
IMG_20220823_095653.jpg
Yolları dam-dar.Bu kəntdə ağacda tapmağ mümkün deyil.Olanda balaca ağaclardı azmaz.Bircə bu yanında durduğum divarı kubikdən olduğunu gördüm.Bu kimdisə 2aylığ qazancını xərcləmiş kimi çıxır onlrın aləmində.Mal-qarayla məşğul olduğlarını gördüm.Bəs bu mallar otu hardan yeyir.Onlara verməyə yerdə elədə ot yoxdur.
.
IMG_20220823_100209.jpg
Amma mal tövlələrində presləri var.Yəqinki, bunlar ancağ pres alıb yığırlar.Bu qədər oğuz macərəm bitdi.Hələlik özünüzdən muğayət olun.

Coin Marketplace

STEEM 0.22
TRX 0.12
JST 0.029
BTC 65476.67
ETH 3385.24
USDT 1.00
SBD 3.18