Əzəmət

in Steemit Azerbaijan☪✔3 years ago

Son bir ayda xeyirli səbəbdən Azərbaycanın bir neçə rayonunda oldum. Vallah kim nə deyir desin. Qəbələ kimi gözəlini görmədim. İstəyirsiniz bunu yerlibazlıq kimi qəbul edin, istəyirsiniz etməyin. Həqiqətən çox gözəldi. Dünən Qəbələnin ən gözəl yerlərindən birində olduq. Möhtəşəm konqres zalının qarşısından keçdik.

IMG_20210614_195536.jpg

Yalançı mən olmayım, deyilənə görə yaşadığımız coğrafi məkanın (bir az Avropa, bir azdan çox Asiya) ən böyük və əzəmətli konqres zalıdır. Zala gedən yolun üstündə körpü var.

IMG_20210614_195522.jpg

Yadımdadı, bir dəfə demişdim ki, əcəb intihar etməli körpüdü:)
Zalın yerləşdiyi yer o qədər uyğun seçilib ki, sanki insan əməyinin bəhrəsi ilə təbiətin gözəlliyinin sintezi ezackar bir mənzərə yaradıb. Zalın tikintisində türk inşaat briqadası iştirak edirdi. Deməli, həmin briqadanın yeməklə təmin edilməsinə yerli əhalidən adamlar cəlb edilmişdi. Bizim qohumlardan da orada işləyən qadınlar vardı. Bir dəfə bir məzəli əhvalat danışırdılar. Deməli, abilər acı souslu yeməklər sevirlər. Bizim mətbəxlə abilərin mətbəxi arasında əməlli başlı fərq var. Deməli, bir dəfə abilərin yeməyi bir az kəm olub, bizimkilər də bilməyiblər neynəsinlər. Əl altda da xeyli dana ciyəri olubmuş. Götürüb bu dana ciyərini bizim üsulla içinə də kartof qatıb qızardıblar. Türk abilərə servis ediblər. Əsl olay bundan sonra yaşanıb. Yemək qonaqların o qədər xoşuna gəlib ki, əlavə istəyiblər. Qadın söhbət edir ki, ondan sonra yeməklərdə həm türk , həm Azərbaycan mətbəxinin ən gözəl təamlarından istifadə etdik. Dünən konqres zalının qarşısından keçəndə bu hadisə yadıma düşdü. İnsanlar bu gözəlliyə ürəklərini qoyublar, odur ki, belə gözəlliyi yaradıblar😊

IMG_20210614_195456.jpg

P. S. Şəkillər axşam çəkilib 😊

Sort:  
 3 years ago 

Qəbələdə mürəbbə sərgisi olardı, Səbuhi müəllimə də "mənimkinə də bir barmaq sal" deyən xala üçün adam darıxır. Bu Konfrans zalı zadı bizim üçün deyil. Bizimki mürəbbədir, nə bilim hardasa iməclik zaddı

Ən azınnan ideya vermişəm. İntihar eləmək istəyənlər kaliteli bir yerdə edə bilər məsələn)

 3 years ago 

Qebele doğma torpağdı çoğ gözeldi heqiqeten men hetda sumqayitdan ora köçmeye elleşirdim işimi perovod ede bilmedim qaldim

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 62978.31
ETH 2546.24
USDT 1.00
SBD 2.76