Yurdumun şəfalı bitkiləri.

in Steemit Azerbaijan☪✔3 years ago

Axundovun müsyö Jordanının sözləri yadınızdadı? Torpağınız şəfa mənbəyidi, böyük bir əczaxanadı, demişdi. Düzdü, Qəbələ haqqında deməmişdi, amma bura gəlsəydi 100 faiz bizim haqqımızda da deyərdi.
Həqiqətən yurdum böyük bir aptekdi. Tanıdığım və tanımadığım şəfalı bitkilərlə zəngindi. Məsələn, bu nanədi. Ürəyin dərmanı.

Screenshot_20210715_075031.jpg

Bu isə dazıotudu. Yadımdadı, uşaq olanda bunu yığıb qurudub satardıq. Hətta qardaşım puluna velosiped də almışdı. Sarı çiçək deyirdik. Əsəb sakitləşdirici təsiri var. Andepressionatdı.

Screenshot_20210715_075052.jpg

Bu isə razyanadı. Razyanaya biz qoqaliçi də deyirik. Şorqoğalı bişirəndə toxumlarını əzib yağla qarışdırıb içlik düzədirlər.

Screenshot_20210715_075113.jpg

Bu dəfnədi. Bizim yerlərdə çətin bitir dəfnə. Borşun canıdı, turşuların da. Ümumiyyətlə, dəfnə biz tərəflərdə aristokrat bitki hesab olunur. Mən də çox əziyyətlə bitirdim onu.

Screenshot_20210715_075127.jpg

Məncə, aptekə getməmişdən bir yerə yurda baxıb düşünək. Daha effektli, daha ucuz, daha orqanik))

Sort:  
 3 years ago 

Sizin həyət Herbaflora imiş ki)))) Dəfnəni hər adam bitirə bilmir ha. Bol-bəhrəli Vəndam.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63004.58
ETH 2548.62
USDT 1.00
SBD 2.81