"Yaşadığınız Yerdən Çəkdiyiniz Ən Gözəl Fotolar" yarışması || Contest. Mənim Qəbələm

in Steemit Azerbaijan☪✔3 years ago

Salam. Steemit platformasında artıq 3 ildi ki, varam. Burda olduğum müddətdə aktiv olmağa çalışıram. Əvvəlki postumda da demişdim. Həyat devizim: ya hər şey, ya heç nədi. Ortaq mövqe tutanlar, varlığı ilə yoxluğu bəlli olmayan insanlar mənlik deyil) Olduğum yerdə özümü bəlli etməyə çalışan insanam. Beləliklə, "Yaşadığınız yerdən ən gözəl fotolar" yarışmasındayıq.
Orta məktəbdə oxuyanda bizə tez-tez "Haradan başlanır Vətən" - mövzusunda inşa yazdırardılar. Hətta bir dəfə o yazdığım inşanı respublika səviyyəsinə çıxartmışdılar.
Qismətimə təbiətin özünü ən gözəl büruzə verdiyi yerdə yaşamaq düşüb. Qəbələ həqiqətən çox gözəldi. Hər fəslində, hər halında gözəldi. Məsələn, belə bir səhərində gözəldi.

Screenshot_20210824_095810.jpg
Sanki səma da burada daha çox mavidi. Sanki dağlar da burada daha çox əzəmətlidi.

Screenshot_20210824_095758.jpg

Eyni məkanın tutqun hava halıdı. Bir ayrı gözəldi, deyilmi?
Mən Vətənin daşıyam. Daşına da, torpağına da qurban olum Vətənin.

Screenshot_20210824_095743.jpg

Screenshot_20210824_102817.jpg

Xəritədə qartala oxşayan bir ölkə var, dünyanın bütün gözəlliklərini özündə cəmləşdirən bir ölkə. Dünyanın ən səmimi insanlarının yaşadığı bir ölkə. Bura mənim Vətənimdi, Azərbaycanımdı.

Screenshot_20210824_095917.jpg
Yazını daha geniş, daha rəngli yazardım. Amma steemitdaşlarım cırnayır, ona görə bəs deyirəm. Oyunçu aparsın:)

Sort:  
 3 years ago 

Qəbələli olduğumuz üçün fəxr edirik.

 3 years ago 

Yurdum yuvam meskenimsen AZƏRBAYCANIM...

 3 years ago 

Harika yerler 🤗eline sağlık 😍

Keşkə gələ bilsəydin😊

 3 years ago 

Kısmet, kim bilir belki bir gün gelirim 😍

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 69032.73
ETH 3765.99
USDT 1.00
SBD 3.53