Yağmurdan sonra (после дождя)

in Steemit Azerbaijan☪✔3 years ago

Ən nəhayət çoxdan gözlədiyimiz yağış yağdı. Hidrometeoroloji proqnozların səhv çıxdığına görə həmin sahənin adamlarını söyməyə başlamışdıq ki, yağış yağdı. Dünən gecə leysan yağdı. İldırımlar şaqqıldadı. Pəncərənin o tərəfinə döyəcləyən yağışın zümzüməsi ilə yatdıq. Və səhər belə gözəl mənzərələrlə qarşılaşdıq.

FIMO_1625714615459.JPG

Təbiət yuyunub daranmışdı. Hər yerdə damlalar bərq vururdu.

FIMO_1625714626012.JPG
Mənim çiçəklərim sevindiklərindən bilmirdilər neynəsinlər.

FIMO_1625714611309.JPG
Hələ ipdəki sıralanmış damlaları demirəm.

FIMO_1625714621892.JPG

Hər yer çox gözəl idi, çoxdan gözlədiyimiz bir sərinlik çökmüşdü. Amma yağış buludlar da tam boşalmamışdı. Yəqin yenə yağacaq.

FIMO_1625714623999.JPG

Bir sözlə, yağışlı sabahınız xeyir olsun😊

Sort:  

Nice flower

😊😊

 3 years ago 

Bu qardaşımız deyir ki, güllər qəşəngdir, sənin ruscan varsa, bizim də ingiliscəmiz var.
(Rəvan google translate ilə nice flower sözünü tərcümə etdi)

Onda mənim ingiliscəm səninkindən yaxşı imiş ki. Mən həmən başa düşdüm)

 3 years ago 

Yenə də dəqiqləşdirmək üçün gərəkdir ki, Google dayıya müraciət edəsən. Başlıqda @famil qardaşa göndərmə var. ))

Onu yazacaqdım e ki, ildırımlar şaqqıldayanda Famillə rus dili kursu keçirdik))

 3 years ago 

😘

 3 years ago 

Burnuma elə iyi gəlir yağışdan sonra torpağın ətrinin. Buralarda o ətir yoxdur.

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 75263.74
ETH 2718.66
USDT 1.00
SBD 2.46