Vaxtın varmı?

in Steemit Azerbaijan☪✔3 years ago

Vaxtın varmı? Yox, bu gün vaxtım yoxdu, sabah da, o biri gün də.
Çoox eşitdiyimiz cavablardı. Bəlkə hər gün dəfələrlə eşidirik.
Görəsən, niyə vaxtımız yoxdu, vaxtımızı harada itirmişik? Yəqin adamlar tanıyırsınız ki, onların haqqında "hər şeyə macal tapır" - fikri formalaşıb. Bəs necə olur ki, biriləri hər şeyə vaxt tapır, biriləri isə heç nəyə yetişə bilmir.
Adicə zənglərə, mesajlara cavab verməyə vaxtım yoxdu, deyənlər var. Adam, niyə vaxtını düzgün bölüşdürə bilmirsən ki?)
İşin içinə iş qat, bir məşğuliyyətinin arasına o birini yerləşdir. Məsələn, mən indi bunları təndir yandırıb onun çörək yapmaq üçün hazır olmasını gözləyərkən yazıram.

Screenshot_20210613_113243.jpg

Screenshot_20210613_113301.jpg

İşdən evə qayıdanda bir mənzərə xoşuma gəlir, həmən də çəkirəm.

185907.jpg

Məktəbdə tənəffüs zamanı internetə girib mənə gələn mesajları cavablayıram. Hələ dərsdə cavab verən uşaqları da çəkirəm.

167050.jpg

Axşamtərəfi həyətdə tərəvəzi sulayanda qürub mənzərələri məni heyran edir, o saat çəkirəm.

IMG_20200504_180915.jpg

Çay süzüb soyuyana qədər bacıma zəng edib hal əhval tuturam. Yemək bişirəndə hazır ocağın yanındaykən uşaqlara kompot hazırlayıram.
Bir sözlə, vaxtım yoxdu, deməyin. Vaxtım var, amma mən itirmişəm deyin.

Sort:  

Ya da ki, vaxtım yoxdur deməyin, vaxt ayırmaq istəmirəm deyin. Yəni, doğru olanı:)

Yenə aynən deyəcəm))

 3 years ago 

Bu yerdə filoloq damarım tutur, Qismətdən bir-iki bənd yerinə düşər.
Tapammıram xeyli vaxtdı
Hardasa vaxt itirmişəm.
Yığıram ömrü gözümə,
Görən nə vaxt itirmişəm.

Artıq tapıb. Pencəyini götürüb gedib şəhərə)

 3 years ago 

Bacına zəng edəndən sonra neçə dəfə çay soyuyur? Çayı neçə dəfə təzələyirsən?

Mən çay içən deyiləm ki. O çayı simvolik mənada töküb qoyuram qabağıma 🤭

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.033
BTC 64344.02
ETH 3142.36
USDT 1.00
SBD 4.01