Sərt proqnoz və dördayaqlı dostlarımız.

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, axşamınız xeyir. Necəsiniz? Kütləvi informasiya vasitələri qorxunc proqnozla bar-bar bağırır ki, son 30 ilin ən sərt qışı gəlir. Şimali Atlantika soyuq hava kütlələri sürətlə biz tərəfə gəlir. Çox təəssüf ki, sinoptiklərimiz həmişə doğru proqnoz verir. Qışda qar yağar deyəcəksiniz. Mənim dərdim başqadı. Küçə heyvanları. Bu məsum gözlü iti hər gün görürəm.

IMG_20220108_154148.jpg

İmkanım olsa böyük bir heyvan bəsləmə yurdu açaram. Sahibsiz itləri, pişikləri orada bəsləyərəm. Ən azından qışda onlara sahib çıxaram. Hələ ki sahib çıxa biləcəyim bu şıltaq Qaracadı.

Screenshot_20220111_233149.jpg
Hələ indiyədək bizim belə ərköyün pişiyimiz olmayıb. Qaraca sevimli varlıq olmağın dadını çıxarır. Bəs bu pişiklər?

IMG-20220106-WA0018.jpg

IMG-20220106-WA0019.jpg

IMG-20220106-WA0020.jpg

Odur ki, son otuz ilin sərt qışı, məndən olsa heç gəlmə sən. Bizim çöldə üşüyənlərimiz var, suyumuz donacaq, qazımız azalacaq, yollarımız buz bağlayacaq. Biz elə istidə başımızı girələyək bir təhər. Hə bir də, 30 il eşidib bir az təsəlli tapmışam. Son 100 ilin ən sərt qışı olmaqdan bir az yaxşıdı bu. Bir az beynimizi qurcalasaq son 30 ilin ən sərt qışlarını yadımıza sala bilərik. Bu arada bu gün uşaqlara deyirəm ki, 2050-ci illərdə planetimiz şirin sudan qıtlıq çəkəcək. Uşaqlardan biri deyir ki, valideynlərimizin xoş halına. Bunu görməyəcəklər:)
Belə. Özünüzdən muğayət olun!
@nurengizbagirova

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 57673.98
ETH 2343.83
USDT 1.00
SBD 2.37