Qırmızı ən çox gülə yaraşır.
Hər vaxtınız xeyir olsun a millət. Qıpqırmızı bir post paylaşacağam. Günəş qürub eləyəndə rəngi qıpqırmızı olur ha. Və ya sonu çatan hər bir şey qəfildən gözəlləşir ha. Elə bir şey. Bu güllər gecikmiş güllərdi. Payızın nəmişliyini, rütubətini canına çəkən, şirələnən güllərdi. Hələ ki havada ilıqlıq var, hələ ki səmada tənbəl günəş var, hələ ki havada turşaşirin meh var, hələ ki yolda irizdə canımız bir az isinir, bu güllər də yaşayır. Bəlkə bir həftə ömürləri var, bəlkə bir ay. Ən uzağı ilk şaxta düşənə qədərdi. Çox gözəllərdi.
Bu güllərin yeri bir qadının həyətidi. Bir qadının əlinin zəhmətidi, sevgisidi, nəvazişidi. Gül becərməyi sevməyən qadın o yanda dursun. Baxın, gözləriniz gözəllik görsün😍
Həqiqətən çox gözəldilər😍😍
Bəliii😍
Çox gözəldirlər. Ümumiyyətlə gül kiməsə hədiyyə etməni sevmirəm. Çünki başlayıram düşünməyə ki, yazıq solacaq və atılacaq. Yaxşısı qoy öz fidanında onsuz da qısa ömrü bir az uzansın
Razıyam)
Bəh-bəh, cənnətə oxşayır 😍
Cənnət də yəqin belə olur)
Şəkilləri çox bəyəndim, insanın içinə ümüd doldurur ☺️
Təşəkkürlər 😍
Çox gözəl görünür, müəllim👌🏻
MAŞALLAH olsun. Bağ-bağçanız və həyatınız daima güllü-çiçəkli olsun. AMİN 🤲