Haydan gəlib huya gedirdim...

in Steemit Azerbaijan☪✔3 years ago

Salam. Yaxşısınızmı? Yaxşı olun hər zaman.
İnsan həyatı ağ və qara rəngdən ibarətdi. Bəzən frekanslar qarışır. Ağ günə çıxmaq deyirsən, ağ adamlar deyirsən, "üzün ağ olsun" , - deyirsən. Müsbət deyirsən yəni. Ağa gözəl şeyləri yaraşdırırsan. Ordan bir ağ yalan çıxır. Yalanın ağ rənglə nə əlaqəsi. Düşünürsən, bu işin içindən çıxa bilmirsən. Hə, bir də üzünə ağ olmaq ifadəsi var. Dediyim o ki, o gözəlim ağın da üzüqara çalarları, mənaları var.

IMG-20211211-WA0004.jpg

Bəs qara necə? Qaragünlü, qara - qara düşünmək, qəlbiqara adamlar, bəxti qara. Bütün bunların içində qaradan başqa rəng yoxdu ifadəsi. Şair deyir ki, hər kişinin öləndən sonra qəbrinin üstündə ağlamağa qara paltarlı bir gözəl qadına ümidi var. Qara qara düşünəndə çox şey gəlir insanın ağlına. Çox şeyin fərqində olmaq çox böyük bədbəxtçilikdi.

IMG-20211210-WA0009.jpg
Bu yazımda niyyəti qəbahət axtarmaqda olanlar haqqında da nəsə yazacaqdım. Amma nə yazacaqdımsa yadıma sala bilmirəm. Yəqin qəlbimin dərinliyində o niyyəti qəbahət axtarmaq olanlara haqq qazandıran nyuanslar axtarmaqla məşğulam. Mazoxistliyim də var , nə yalan söyləyim.

IMG-20211208-WA0015.jpg

İşıqlı insanlar çıxsın qarşınıza. Adının baş hərfi belə üzünüzdə təbəssümün xəritəsini çəkən insanlar. Qarası yalnız paltarında, saçında olub, qəlbi dünya boyda olan insanlar. Sizə tənhalığı, yalnızlığı sevdirməyən insanlar.
@nurengizbagirova

Sort:  
 3 years ago 

discord

 3 years ago 

Maraqlı yazıdır. Nə qədər ağ yaxşı , qara pis düşünülsə də , ikisi bir birini tamamlayır, qarasız ağın , ağsız qaranın mənası olmaz)

 3 years ago 

Həyatdı da, təzadlarla doludu. "Bəzən hər şeyin ağını çıxardanlardan qaçıb, qara günün dostunu axtarası" olur İnsan...
Ama nə olursa olsun Nurəngiz müəllimə, mövzunun adında qeyd etdiyiniz kimi ALLAH dan gəlib ALLAHA da qayıdasıyıq. İnanılsa da inanılmasa da.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59933.20
ETH 3191.47
USDT 1.00
SBD 2.44