Gözəlliyi yaradanlar

in Steemit Azerbaijan☪✔3 years ago

Screenshot_20210604_095213.jpg

Çay kənarında bir yaşlı adam yaşayırdı. Hər gün evində olan iki vedrəsi ilə o çaydan su gəririrdi. Vedrələrdən biri təzə, su keçirməyən, sağlam idi. O biri köhnəlmiş, dibi deşilmiş vedrə idi. Adam su gətirərkən sağlam vedrədəki su damcısına qədər gəlib evə çatırdı. O biri vedrənin dibində azca su qalırdı evə çatanda. İllər beləcə keçirdi. Sınıq vedrə sahibindən çox utanırdı. Bir gün sahibinə deyir ki, niyə məni tullamırsan. Axı sənə doğru düzgün xidmət edə bilmirəm. Sahibi vedrəni götürüb çaya doğru gedir. Yol boyu həmişə sınıq vedrənin olduğu tərəfdə yol kənarında güllər, çiçəklər açmışdı. Salamat vedrənin gəldiyi tərəf bomboz idi. Sahibi vedrəyə deyir ki, görürsənmi, düzdü, mənə xidmət eləmirsən. Amma bu gözəlliyi sən yaratmısan. Sənin suyun bu çiçəklərə məlhəm olub.

Screenshot_20210604_095137.jpg

İnsanlar da belədi. Bəzən ecazkar bir gülüşün arxasında bir dərin yara gizlənər. Bəzən başqalarını xoşbəxt etmək üçün çabalayan birisi çox şeylərindən vaz keçər. O fədakarları sevin. Ön yarğılı olmayın.
Oxuduğunuz üçün təşəkkürlər

Screenshot_20210604_095155.jpg

Sort:  
 3 years ago 

SALAM.Çox gözəl vurğuladız.Həyat belədir.Gərək hər şeyi vaxtında düzgün qiymətləndirməyi bacarasan..Bilmək olmur hər gülüşün sevincin arxasında necə dərin kədər yatır vəya tamam əksi...

Çox vaxt olanlar göründüyü kimi deyil.

 3 years ago 

Bəli.Həyatdı. Rəngarəngliklərlə zəngindir

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 59176.07
ETH 2667.95
USDT 1.00
SBD 2.42