#club5050 The Diary Game : 30.10.2021 - Başlıq tapa bilmədiyim post.

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, hər vaxtınız xeyir olsun. Günlük post yazmadığım min il oldu. Axır ki, şeytanın qıçını qırıb bir şeyləri dəyişmək qərarına gəldim. İlk öncə sağlamlıqdan başlamalı olduğumun fərqinə vardım nəhayət. Səhər Gülaya deyirəm ki, baş ağrısı ilə bağlı bir post yazmaq istəyirəm. Çəkdiyin bir şey varmı? Deyir, var. Bu şəkli mənə atır.

IMG-20211030-WA0016.jpg

Əslində kiçik bir xoşbəxtlikdi. Bu xahişə bu cavabı almaq. Sözün birini qoyub birinə gedim. Bibim rəhmətliyin baş ağrıları olan idi. Keçmiş "ikarus" avtobuslarının dövründə Bakıya gedirmiş. Yanında da bir şəhərli xanım. Tez tez başını tutub dururmuş o xanım. Bibim də deyər ki, a bacı, deyəsən, sən də mənim kimi başdan xarabsan. Yəni başın ağrılıdı mənasında. Bu söz xanıma güllə kimi dəyər. Bibim də şəhəri tanımırmış. Uşaqları Müşfiq qəsəbəsində bunun qabağına çıxası imişlər. Xanıma deyir, Müşfiqə çatanda mənə deyərsən. Xanım acığa düz 20 Yanvarda bibimə deyir, di düş, get:) Ona bənzəməsin, başımı möhkəm soyuqlatmışam. Guya çox əlləşdim ki, özbaşına keçib gedəcək. Keçmədi. Nəhayət bu gün həkimə getdim. Bu da bu😐

IMG_20211030_122558.jpg

Evdə məni təmizləyəndə yarımçıq qoyduğum heyvalar gözləyir. Mürəbbə bişir deyib ölən heyvalar. O qədər çox gətirib ki, böyüməyə imkan tapmayıb.

IMG_20211030_143144.jpg

İş bir yana dursun, soyuqlama da. Başımı ağrıdan artıq kafamın almadığı xəbərləri qəbul etməkdi. İmişlidə bir alçaq 11 yaşlı ögey qızını zorlayıb. 11 yaşlı qız hamilə qalıb bir uşaq dünyaya gətirib. Bu xəbərin şokunu atlatmamış ikinci şok. Qızın anası şikayətçi deyil. Yox, mənim başım düzəlməyəcək. Qadın bir dılqır uğruna qızını qurban verir. Bunu qəbul eləmək mənim kafamın işi deyil. Övlad nemətdi, onu qədrini bilənə ver, ilahi.

Screenshot_20211030_144524.jpg

Daha başınızı ağrıtmayım. Bizimlə qalın, steem alın zad. @nurengizbagirova

Sort:  

Bizim ölkə bir çox haqsızlıqla doludur,və çoxuna göz yumulur nə yazıqki. Şəfa diləyirəm sizə.

Nərgizcan, bu əslində fərdin alçaqlığıdı. Yəni yaşadığı ölkədən asılı olmayaraq. Məni ən çox ananın mövqeyi yandırır. Ərindən imtina etməkdənsə körpə doğulan uşaqdan imtina edən ana.

Bəzi insanların vicdanı olmur analıq duyğusu olmur nə yazıqki. Hərkəs ana,ata ola bilsəydi uşağ evləri bu qədər dolu olardı?

 3 years ago 

Allah şəfa versin. Tez sağalın.
İmişli hadisəsi qan donduran hadisədir. Dəhşətlidir(

Mənim gerçəkdən qanım dondu.

 3 years ago 

😢😔

Ceylan xanım, o kişiciyin birinci arvadı deyib ki, hər şeyimi satıb ərimi qurtaracam. Mən artıq dəli olmaq üzərəyəm. Ərinin ikinci arvad almasına da deyib ki, şəriətimiz icazə verir buna.

 3 years ago 

Onlar artıq insanlıqdan çıxmış zadlardı. Şüur deyilən şeyləri qalmayıb(

 3 years ago 

Allah şəfa versin. Haqsızlıq hər yerdə olur təəsüf ki:(

Bəli. Dünya ədalətsiz dünyadı.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 62668.27
ETH 3332.07
USDT 1.00
SBD 2.46