CLUB5050 ❤️ THE DIARY GAME: 25.01.2022 Limon ətri.

in Steemit Azerbaijan☪✔2 years ago

Salam. Ən sevdiklərimdəndi çöldə soyuq, evdə isti. Evdəki istiyə xüsusi bir rəng qatan bir şeylər də var. Yaşıl dostlarımız.

IMG-20220124-WA0028.jpg

Limon çiçəyinin ətrini heç ciyərlərinizə çəkmisinizmi? Çəkməmisinizsə, elə hesab edin ki, çox şey itirmisiniz. Sanki, bir qucaq dolusu sevgi iyləyirsiniz. O qədər xoş ətirdi ki. Məsələn, məni limonun meyvəsindən çox onun çiçəkləri, xüsusilə də onların o möhtəşəm ətri cəlb edir.
Ümumiyyətlə, bu qədər stressin, gərginliyin qarşılığında evə gəldikdə bu yaşıl gözəlliyi iylədikcə, seyr etdikcə sanki bu dünyanı tərk edirsən. Hüzur dolu bir məkana təslim edirsən özünü. Bir qadın çiçək sevməzmi, çiçək bəsləməyi sevməzmi? Mən çox sevirəm. Onlara qulluq etməyi, onlarla söhbət etməyi. İnanın ki, insanı dinləyirlər. Onlar çox gözəl dinləyicidirlər.

IMG-20220124-WA0033.jpg

IMG-20220124-WA0031.jpg

IMG-20220124-WA0026.jpg

IMG-20220124-WA0027.jpg

IMG-20220124-WA0030.jpg

IMG-20220124-WA0029.jpg

Bu arada gözəllik yalnız açmış çiçəklərdə deyil ha. Elə çiçəklər var ki, yalnız yarpaqları ilə özlərini nümayiş etdirirlər. Heç onların tibbi cəhətdən faydalarını heç demirəm. Həyatımızı sarıb sarmalamış kimyəvi dərmanlardan daha çox yardımçı olur bitkilər. Fitoterapeya adlı anlayış var. Eşitməmiş olmazsınız. Sadəcə araşdırıb tapmaq lazımdı hansı bitkinin hansı xəstəliyə faydalı olacağını.

IMG-20220124-WA0034.jpg

Həyatınızın güllü çiçəkli olması ümidi ilə🖐️

@steemcurator01

Sort:  
 2 years ago 

MAŞALLAH 🤲

🙏

 2 years ago 

Hər zaman işdə-gücdə...AMİN İNŞƏƏALLAH🤲

Adam hər zamankı ampluasında)

 2 years ago (edited)

Yəgin ki, TAT olduğumu unutmamısız...Didiğım-didiğdı...Qatıq Qaradıki, Qaradı da😂😂😂

Unuturmuyum?)))

 2 years ago 

Tövbə-tövbə😂

Coin Marketplace

STEEM 0.20
TRX 0.12
JST 0.028
BTC 66086.15
ETH 3548.75
USDT 1.00
SBD 2.58