CLUB5050 ♥️ THE DIARY GAME: 5 December 2021. Qayıdış.

in Steemit Azerbaijan☪✔3 years ago

Axşamınız xeyir. Uzun bir fasilədən sonra əynimi qalın geyinib həyət bacaya çıxdım. Açığı o kabus kimi günlərin izi hələ uzun müddət şüuraltımda fırlanıb məni narahat edəcək, bilirəm. Axşamüstülər qeyri iradi əlim alnıma gedir. Temperaturumu yoxlayıram öz aləmimdə. Nəysə ki, dedim bağ tərəfə çıxım, başımı bir şeylərlə qarışdırım. Həm itlərimdən darıxmışdım. Onlar da məndən ötrü darıxıblar. Kim nə deyir desin, heyvanların hissiyyatı insanlarınkından daha çoxdu. Baxışlara baxın.

IMG_20211205_172242.jpg

Dinqo keçən qış çox sevdiyindən məni "dişləmişdi" O da bir gün idi:)

IMG_20211205_172247.jpg

IMG_20211205_172245.jpg

Bu isə Dopuşdu. Xəstədi. Bədəninin arxa tərəfi işləmir. Bağda o tərəfə bu tərəfə gedir, heç kəslə işi yoxdu. Üstəlik də qocalıb. Xətrinə dəyən də yoxdu :)

IMG_20211205_172057.jpg

Bağ tərəfə keçməyimin əsas səbəblərindən biri də əzgilimizin yetişməyi idi. Ən sevdiyim meyvədi. Bəh Bəh. Adama gəl - gəl deyir.

IMG_20211205_171631.jpg

Ağacdakı əzgillərə baxıb ləzzət çəkdikdən sonra bir ovuc yığıb evə qayıtdım.

IMG_20211205_171821.jpg

Xoşca qalın. Özünüzə yaxşı baxın 🖐️@nurengizbagirova

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60268.51
ETH 3201.96
USDT 1.00
SBD 2.43