"Böyüklük" sindromu

in Steemit Azerbaijan☪✔3 years ago

Screenshot_20210611_162103.jpg

Salam. Bu gün hamımızın ən ağrılı, ən problemli, danışıb danışıb bir yana çıxara bilmədiyimiz bir məsələdən yazmaq istəyirəm. Hamınızın da rəyini görmək istəyirəm. " Böyüklük" sindromu. Mental qanunlar. Böyük, kiçik münasibətləri. Adını nə istəyirsiniz qoyaq. Doğrudanmı qatıq qaradı? O böyüyümüzün bizə qaradı adı ilə "yedirdiyi" qatıq. Yəni əslində ağ olub böyüyümüzün qara adı qoyduğuna görə bizim də qara demək zorunda qaldığımız qatığı deyirəm. Əsrlər boyu atalar və oğullar problemi mövcuddu. Böyüklər kiçikləri bəyənmir, o kiçiklər də öz növbəsində böyük olandan sonra özündən kiçikləri bəyənmir. Tarixin mülayim, sakit, səssiz dövrləri var, bir də böyük ictimai siyasi dəyişikliklərin baş verdiyi dövrlər var. Məsələn, uşaqlığı, gəncliyi və qocalığı sovet dönəminə təsadüf edən bir nəsil var. Sovet dövrünün yazılmış və yazılmamış qanunları çərçivəsində yaşayan bir nəsil. İtaət, araşdırılmadan, etiraz edilmədən, belə loyal şəkildə sürülüb gedən ömürlər.
Məsələn, ailədə qız uşağı nəinki atanın, onun yeddi dönəm sülaləsinin iradəsi, hökmü ilə oxuya bilərdi, ya heç oxuya bilməzdi. Ailə qurmaq hüququ da əlindən alınıb elə o sülaləyə təhvil verilmişdi. Həyat boz, maraqsız bir şəkildə davam edirdi. Öz evimizdən bilirəm. Ailəmizdə atamızın iradəsinə tabe olaraq onun istəklərinə, tələblərinə uyğun yaşayırdıq. Sadəcə, atamız təhsilə dəyər verdiyindən biz, yəni bacımla mən ali təhsil almaq hüququna malik idik.
Sonra 90-cı illərin silkələnməsi baş verdi. Sovet vakuumunun dağılması nəinki ölkədə siyasi hakimiyyətin dəyişməsinə, müəyyən mənada azadlığın qazanılmasına səbəb oldu. Eyni zamanda əxlaqi dəyərlərdə, ümumiyyətlə şüurda böyük dəyişikliyə səbəb oldu. Gənc adam öz peşə seçimini, ailə qurmaq seçiminə sahiblənməyə başladı. Ailələrdə asi uşaqlar, onların təbirincə "böyüksüz" uşaqlar problemi yarandı. Ən çətin vəziyyətdə olanlar bir ailədə 3 nəslin nümayəndəsinin yaşağığı ailələrdi. Ailədə öz birmənalı hakimiyyətə sahib olan nənə, ya da baba, nisbətən hakim olmaq istəyən ata, ya ana və tamamilə azad olmaq istəyən övlad. Demək olar ki, hər gün etirazlar, iradlar, bitib-tükənməyən mübahisələr.
Mən orta nəslin nümayəndəsi olaraq öz övladlarımın müqəddəratının sahibi olmaq kimi bir iddia irəli sürmürəm. Övladlarlmız bizim əmanətimizdir, mülkiyyətimiz deyil. Öz istəklərini bir deyingən, amiranə "böyüyə" qurban verməyi də onlardan tələb etmirəm. Onlara şəxsiyyət kimi baxıram və hər zaman varlığımla dəstək olmağa çalışıram. Olmaz kəlməsinin niyəsini, səbəbini anlatmağa çalışıram. İnsan öz ağlı və dərrakəsi ilə "olmaz" dediyi məsələlərdə qətiyyətli olur. Başqasının zorla "olmaz" ı bir müddət sonra təhlükəli " olar" a çevrilir.
Qatıq qara deyil, yox, ağdır, vəssalam.
Oxuduğunuz üçün təşəkkürlər

Sort:  
 3 years ago 

Bizə bu "olmazları" valideyn olunca anlayacaqsız, deyirdilər, qulaqardına vururduq. Hər birimiz mühavizəkar ailədən çıxmışıq, bir az da qorumaq, sahiblənmək instinqi var. Zamanla bu dəyərlər də itib gedəcək.

Evdə kimin sözü keçir? Sənin, yoxsa Ramalın?))

 3 years ago 

Bir yerə qədərdir. Nə desələr edirəm. Amma o ki qazirovkamı oynatdılar, kimsəyə baxmıram. O zaman söz mənimdir.

Tamamilə razıyam. Ancaq,çox təəssüf ki, Nurəngiz xanım kimi valideynlərin sayı çox azdır,bu ölkədə.
Bizim və bizə oxşar cəmiyyətlərdə valideynlər uşaqlara məhz investisiya kimi baxır, qiymətləndirir. "Uşağı dünyaya gətirmişik, böyütmüşük,müəyyən yaşa çatıb,ailə qurub,biz qocalanda da bizə baxacaq əlbətdə" düşüncəsi hökm sürür buralarda. Adını unutduğum bir məşhurun bununla bağlı sevdiyim bir fikri var idi-"əgər bir şey böyüdüb, boya-başa çatdırıb, qocalanda da sizə baxmasını istəyirsinizsə,şirkət qurun".

Onu gözəl deyib o dahi)

merhaba;

Steemitte aktif olduğun için teşekkür ederiz.

Bu gönderi Steemit-Türkiyenin Kuratörlüğünü yapan -steemcurator06 tarafından oy verildi..png

Mən təşəkkür edirəm 😊

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.033
BTC 64107.66
ETH 3148.40
USDT 1.00
SBD 3.84