Bakıda Şamaxı gecələri.
Bakıda hər bir Oğuz Qəbələ zonasının adamının əzbərə bildiyi bir yer var. Şamaxinka. Yeri gəlmişkən, naviqator oranı tanımır. Gərək "İmperial" deyə bir şeylər yazasan. Şamaxinkaya gəldin, elə bil Bakıdan çıxdın, doğma kənd ortamının tən ortasına düşdün. Taksi sürücüləri səni uzaqdan artıq ayaq üstə gəzən 15 manat kimi görürlər. Düzdü, bayramlarda, seyranlarda bu qiymət 20 manata qədər yüksələ bilir. Gedənin də çarəsi yox, getməyənin də. Şamaxinkada gecələr elə Bakı kimi olur.
İşıqlar, hündür binalar. Bakının işıqları bir ayrı möhtəşəmdi və bi çikkax mübaliğə ilə desək bütün dünyada məşhurdu.
Qəbələ adamı üçün Bakı yolu iki hissəyə bölünür. Şamaxıya qədər və Şamaxıdan Qəbələyə qədər yol. Evdən zaddan zəng eləyəndə Şamaxıya çatdıq demək yolu yarılamışıq demək. Mənim Bakıya yolum nadir hallarda düşər. Düşəndə də o yol məni o qədər yorar ki, təsəvvür eləyə bilməzsiniz. O taksi sürücülərinin o yolu gündə azı bir dəfə getməklərini düşünün bir də. Bu arada xalturşiklərin gecəsi, gündüzü olmaz. Günün 24 saatı iş başındadılar. Son vaxtların nailiyyəti ondan ibarətdir ki, yollar çox yaxşı haldadı. Ən azından nehrə kimi çalxalanmır adam. Bütün
yolların bizi xeyir işlərə aparması diləyi ilə
@nurengizbagirova
MAŞALLAH nəsə irəliləyiş var. Hər zaman işdə gücdə AMİN🤲 Necə ki, Sumqayıtımızda xüsusi dayanacaqlar varki, onlar naviqatorda göstərir amma adının dəqiqləşdirilməsi üçün hələ də sputnik rəhbərliyi ilə danışıqlar gedir😂 HacıBala müəllim demişkən : Qurban olaram Sizə😍 Bugünki, Bakı 10 il əvvəlki Bakı ilə müqayisə olunacaq deyil...
Taksistləri də qınamıram onların da pulları oradan çıxır. Getdikcə, vəziyyətə öyrəşirlər... Postunuza sonluq olaraq AMİN İNŞƏƏALLAH🤲
Hacıbala durur?))
Qurban olaram Sizə onda ölən sifət var?