Ağacda qalanlar.

in Steemit Azerbaijan☪✔5 years ago

Salam, axşamınız xeyir. Güman eləyirəm ki, hamınız yaxşısınız. Bu gün məktəbə gedib gələndə yolda rastlaşdığım ağaclarda tənha qalan meyvələri çəkmişəm. Bilmirəm buna meyvə demək olar ya yox)

IMG_20211216_104137.jpg

Son vaxtlar dərin mövzulara girmək heç içimdən gəlmir. Dahilər də girməməyi tövsiyə edirlər. Hər şeyin fərqində olmağın bir xəstəlik dərəcəsində özəllik olduğunu keçən dəfə də yazmışdım. Elə çiçəkdən, böcəkdən yazsa yaxşıdı adam. Alim alim mülahizələr yürüdürük ha, insanlara ağıllı ağıllı tövsiyələr veririk ha, onların heç birinə özümüz əməl eləmirik. Bu arada tövsiyə sözü də bir y hərfi ilə yazılır. Bunu da nəzərdə saxlamağınızı tövsiyə edirəm)
Dekabrın sonu çatdıqca sosial şəbəkələrdə yeni ili qeyd etmək və ya etməmək mövzusunda mübahisələr qızışır. Hər kəs buna öz baxış bucağından yanaşır. Mənə qalırsa, mənim bayramlara subyektiv yanaşmam var, Yeni il bayramı da istisna deyil. Bayramlar mənim nəzərimdə mənasız nəsnələrdi. İnsanın özünü rahat, hüzur içində, sağlıqlı hiss etdiyi hər gün bayramdı. Bu qədər bəsit. Yeni il stoliçnı salat bayramıdı. Qızlarım sevir, mən də sevə sevə hazırlayıram. Guya postumu ağacda qalan meyvələrə həsr etmişdim.

255512.jpg

Qonşunun bağındadı. Doqqazdan keçib ağaca yüngülcə toxundum. Ölümünə yetişmişdi. O saat düşdü. İndi qoymuşam evə. Ətri 100 metrə yayılıb desəm yalan olmaz)

IMG_20211219_201915.jpg

Bu da ağacda qalan almadı. Bircə dənə qalıb. Onu dərmədim. Sərçələrin ruzisidi o.

IMG_20211218_170549.jpg

Bu qədər. Çalışın, yaxşı olun.
@nurengizbagirova

Sort:  
 5 years ago 

Bu mövsumda xurmalar yaxşı görünür ağacda.Yarpağlar tökülür,tək meyvələr qalır.Şaxta dəyməyincə dəymir.
Maraqlı ifadə oldu:dəyməyincə dəymir.

Doğrudu, amma mənim xurmalara yazığım gəlir. Hələ də meyvənin çoxu ağacda qalıb.

 5 years ago 

Gözəl tövsiyələrdir 🙂✋

Coin Marketplace

STEEM 0.04
TRX 0.33
JST 0.104
BTC 64479.17
ETH 1881.96
USDT 1.00
SBD 0.37