Steemit'də ilk günüm

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

IMG_20211005_152914.jpg
Salam ,əziz Steemit Azerbaijan üzvləri . Hər birinizi xoş gördüm.
Ümid edirəm ,özüm haqqında ətraflı məlumat verə biləcəm.
Mən ,Günel Kərimova. 21 yaşım var. Əslən Qubadlı rayonundan olsam da ,Bakıda doğulub-böyümüşəm .2018-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft -mexanika fakültəsində Mexanika mühəndisliyi üzrə təhsil alıram. Artıq universitetdə keçirdiyim son ilimdir . Və əcəlinə susayan insanlar kimi yenidən magistr təhsilimi bu universitetdə almağı düşünürəm.
Ünsiyyətcil və optimist biriyəm. Ən əsası monoton həyat yaşamağı sevməyən insanlar sırasındayam.Uşaqlıqdan bəri həm xəyalpərəst , həm də yaradıcı fikir sahibi olduğumdan dolayı doğru ixtisasda oxumağı və bu yöndə daha çox uğur qazanmağı düşünərək ADNSU da mexanik olaraq təhsil almağa qərar verdim. Təhsil aldığım müddətdə BP(British Petrol) təqaüdçüsü seçildim. Həyatımda universitetə qəbuldan sonra qazandığım ikinci uğurumdur.

Screenshot_2020-04-28-15-37-21-578_com.instagram.android~2.png

Mexaniki yaradıcılıqdan savayı ,yazıb yaratmağı da sevirəm . Hobbi olaraq ,14-15 yaşımdan bir neçə hekayələrin
müəllifiyəm. Şəkil çəkmək,rap və pop musiqilərinə qulaq asmaq,müxtəlif ölkələrin rəqslərini öyrənmək də hobbilərim arasında yer almaqdadır.
Gələcək hədəflərimdən birincisi ilk kitabımı satışa çıxarmaqdır . İkincisi yeni texnologiya layihəmin patentini almağı düşünürəm . Hədəflər böyük ,zaman isə azdır. Mənsə,tısbağa sürətiylə də olsa, irəliləməyə davam edirəm :)
Oxuyan hər kəsə indidən təşəkkürlər.

Sort:  
Loading...
 3 years ago 

Sabahınız xeyir gününüz uğurlu olsun

 3 years ago 

Sizin də )

Xoş gəldin, Günel. Tələbələr buranı bir ayrı gözəlləşdirdi😊

 3 years ago 

Xoş gördüm💙nə gözəl . Ümid edirəm ,hər zaman belə olar

 3 years ago 

Vauu, gələcək yazar xanım yetişir demək 😊
Yolun uğurlu olsun, Günel 😍

 3 years ago 

Çox sağ olun,Ceylan xanım 💙

 3 years ago 

🤍

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.028
BTC 57847.79
ETH 2291.52
USDT 1.00
SBD 2.46