Qurd adam əfsanəsinin reallıqları

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Hər kəsə salam. Mifik amma hər zaman diqqətimi çəkən Qurd adamlar haqqında sizə kiçik də olsa məlumat vermək istəyirəm.
Qurd adam bədirlənmiş ayda canavar kimi qorxulu bir məxluqa çevrilən mifik insandır. İnsanın canavara bənzər şəkil alması və bunun uzun illərdi bir mif anlayışı olması şübhə doğurur.Bəzi hallarda canavar dişləməsi və ya müəyyən ayda doğulması kimi tanınır. Qədim dövrlərdən bəri müxtəlif mənbələrdə və cəmiyyətlərdə qurd adam hekayələrinə rast gəlinir.

werewolf-howling-dark-cold-forest-260nw-1823237033.webp

Linkə keçid
Yunan yazılarında Qurd adamların MART ayında doğulan varlıqlar olduğu deyilir.Yazıya görə, bu güc yox , lənət kimi hesab olunur. Qurda dönmüş insanların gözlərindəki rəng dəyişikliyi, it dişlərindəki ölçü və itilik və fövqəltəbii güclər kimi təsvir edilir.

images (2).jpeg

Linkə keçid
1949-cu ildə İtaliyadakı polislər, bədirlənmiş ay gecələrində ulayan canavar və canavar olan bir insanı izləmək üçün tapşırıq verilir.
1975-ci ildə İngiltərədəki Staffordshire'de yaşayan 17 yaşındakı bir gənc bədirlənmiş ayda Qurd adama çevrildiyini göstərir. Dostuna zəng edərək ,üzünün və əllərinin rəngini dəyişdiyini və tam canavar adamına çevrildiyini söyləyir. Gənc, qısa müddətdən sonra bıçağı götürüb özünü öldürür.

Lycaon-Transformed-into-a-Wolf.jpg

Linkə keçid

Mövzunun elmi açıqlanması belədir: insan bədəninin böyük bir hissəsi sudan ibarətdir. Hər kəsin bildiyi kimi, ayın suya cazibə effekti var və bu təsir bədirlənmiş ay vaxtlarına yönəlmişdir. Buna görə bədirlənmiş ay insanların neyronlarına təsir edə bilər.
Araşdırdığım bir məlumatda , insanın əsəbi və ya kədərli olduğu həmin vaxt (neyron məsələsi) bədirlənmiş ay görüntüsünə təsadüf edir .
Daha geniş açıqlama verim.
Yəqin ki ,bir çoxunuz Hulk'a baxıb . Hulk əsəbləşdiyində yaşıl rəngli varlığa dönüşməyə başlayır. Həmin hadisə də insanın bədirlənmiş ay vaxtı Qurd adama dönüşünün təsviridir. Qurd adamlara çevrilən insanların bir çoxusu, insanlar tərəfindən təhqirlərə ,xoş olmayan rəftarlara məruz qalmış,təcrid edilmişlərə məxsusdur..Hulk'dakı kimi .
Bu günlük bu qədər
Elmlə qalın ,sağlam olun;)

Sort:  
 3 years ago 

Nəsə birşeylər anlamağa çalışdım 😅

 3 years ago 

Anlaşılmayan nədir bəs?😁

 3 years ago 

Maraqlısı da odur ki tapa bilmirəm 😆😆

 3 years ago 

Yeniliklər etdim . Təkrar baxa bilərsiniz

 3 years ago 

qorxdm dkdjdj

 3 years ago 

Hələ bu harasıdır. Bir yerdə də oxumuşdum ki, qurd adam kəndlərin birində evcil heyvanları yeyirmiş . Kənd adamları görüblər ,sadəcə olaraq ,sübut edə bilmirlər .

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 59248.66
ETH 2601.84
USDT 1.00
SBD 2.43