💜Club5050💜 // THE DIARY GAME Better Life.||Küləyin sədaları altında .20.05.2022(100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Hər vaxtınız xeyir əziz Steemitçilər . Bu külək günün sədaları altında yəqin ki,gününüz elə də pis keçməz. Universitetin son həftələrində müəllimlərimiz bizə "hesabat üzrə qaçış marafonu" keçirtdilər. Bir məsələ var ki, burda ilk gələnlərin balı 1-2 bal artıq yazılır . Üstəlik səhv etmisənsə nəyisə , tez hardasa düzəldib gətirməlisən. Müəlliməmizin dediyinə görə biz ilk 4-cü kurslarıq ki, hesabat veririk. Üstəlik, universitetimizdə keçiriləcək dövlət imtahanı belə ilkdir. Və sizcə bu ilki kimlər yaşayacaq ? Təbii ki ,biz bədbəxtlər içi mən qarışıq. Bizdən əvvəlki qruplar ortalama bala görə diplom alarkən , biz imtahan verərək alacayıq. Qısacası, where is Ədalət ?

IMG-20220520-WA0084.jpg
Şəkil üçün @urfanov -a təşəkkürlər .

Bu qalsın bir qırağa imtahanların ucbatından artıq bir gözümdə son 1 həftədir ki, zərə bənzər nələrsə görürəm. Gördüklərim isə gözümdə oyana -buyana uçuşurlar. Ətrafdan gözümlə bağlı narahatçılığını soruşanda , biri deyir bəlkə şəkərin ya da təzyiqin var , o biri də deyir ki, sənin gözünün hər hansı bölgəsi zədələnib və əməliyyat olunaraq sağala bilər. Həkimlik oxuyan rəfiqəmin fikrinə görə gördüyüm zərlərin səbəbi stressdir .
Bu gün yolda daha çox gözüm məni narahat etdi deyə həkimə getməyi qərara aldım. Təəssüf ki, getdiyim xəstəxanada göz həkimi olmadığına görə kor-peşman geri qayıtdım.

IMG-20220520-WA0015.jpg

Bunlara baxmayaraq həyatımda ən gözəl və ilk anımı yaşayacağı bileti aldım. Son 1 il ərzində koreyalılara olan marağımın həddən artıq çox olduğunu yəqin ki, hamınız bilirsiniz . Hardasa 2 həftə əvvəl Kpop festivalının keçirələcəyini eşitdim . Daha doğrusu ,bir rəfiqəm sayəsində bunu bildim. Düşündüm ki, Koreya Mədəniyyət mərkəzi tərəfindən keçiriləcək festival ödənişli olar . Amma tam əksi oldu. Son 4 ildə ilk dəfədir ki, ödənişsiz festival keçirəcəklər .

1653065869140..jpg

Limit az, festivala qatılmaq istəyənlərin sayı çox idi. Mən də fürsət bilib bu gün biletimi götürmək üçün Səməd Vurğunda qrup rəhbərinin bileti gətirməsini gözlədim. Elə o sırada məndən əlavə gözləyən bir nəfər qızla da həmsöhbət oldum. İlk söhbətdən bir-birimizi tanışmış qədər olduq . Çünki fikirlərimiz demək olar ki, üst- üstə düşürdü. Qısaca, hələ festivala getməmiş , özümlə festivala gedəcək yol yoldaşı tapmışam. Festivaldan maraqlı görüntüləri bir həftə sonra sizinlə paylaşacam.
Günün sonunda isə üzərində çalışdığım kitabımın birinci bölümünə göz gəzdirib ,bir iki düzəliş etmişəm . İstərəm , siz də oxuyasınız.

                       **Part 1**

Alaqaranlıq bir parka yaxınlaşan Nil, fikirli baxışlarıyla ətrafa nəzər salaraq oturmağa yer axtarırdı. Kimsənin olmadığı bir vaxtda səsli şəkildə fikirlərini cansız görünən lakin xəyal dünyasında canlı hesab etdiyi və adını "Dreamhope"qoyduğu bu parkda əyləşərək sözlərini dilə gətirdi.

-Gözəl parkım.Yenə həmişəki kimi sənə xoş anlarımı danışmağa gəlməkdənsə, dərd-sər yoldaşım ol deyə gəldim . Hələ tam psixoloq deyiləm amma yenə ürəyim dinc durmadı birinə kömək etməkdə. Bu səfərki , xərçənglə mübarizə aparmaq istəməyən bir xanımdır . Onu necə və hardan tanıdığımı soruşduğuna əminəm. Yaxın rəfiqəm olan İncinin bacısıdır. Qəfildən gələn bir zənglə rəngi dümağ olmuşdu.

"Hadisədən bir neçə saat əvvəl "

-Nolub axı ,İnci? Ordan su gətirin,uşaqlar . Tez olun.

İncinin solğun baxışlarını görən Nil nə edəcəyini bilmədən , əli-qolu bağlı halda onun özünə gəlməsini gözləməkdən başqa çarəsinin olmadığını gördü. 3-5 dəq keçmişdi ki, İnci titrək səslə nəsə deməyə çalışırdı.

-O..o..öləcək . -Titrək halda Nilin üzünə baxırdı.
-Ay qız ,kim öləcək ? Kim zəng edib sənə? Ay İnci, qurban sənə,bir söz de görüm .

Həmin anda Nil və İncinin ortaq dostu olan Orxan da kənardan onları görüb məsələnin nə olduğunu aydınlaşdırmaq üçün qaçaraq yanlarına getdi.

-Nil, nə olub burda ? İnci, sənə nolub ? A bala ,burda biri mənə bir söz deyəcək ya yox ?
-Orxan ,bilmirəm.İncinin telefonuna heç baxmaq ağlıma gəlməyib.Sən bax gör kim zəng edib .

Orxan , skamyanın kənarına qoyulmuş telefonu götürərək axrıncı zəng edənin kim olduğunu axtardı.

-Ləman adlı biri zəng edib .
Orxanın "Ləman"deməsindən saniyələr sonra İnci ətrafına toplaşan hər kəsi itələyib bacısının yaşadığı məhləyə tərəf qaçmağa başladı. Bunu görən Nil də onun başına bir şey gəlməsindən qorxduğu üçün ardınca qaçdı. Orxan isə heç nə anlamadığından yerindəcə donub qalmışdı.

  • Ay millət , biri deyəcək burda nə baş verib?

Kütlənin içərisindən biri dillənib vəziyyəti izah etməyə çalışırdı.

-Vallah biz də bilmirik. Nil dediyiniz xanım biz tərəfə qışqırıb su gətirməyimizi istədi. Gələndə gördük ki, skamyada oturan qız kəkələyib kiminsə öləcəyindən danışırdı.

  • Nə ölmək,a?
    Orxan nə edəcəyini ,hara gedəcəyini bilmədən başını itirmiş halda bir şeylər düşünməyə çalışarkən ,Nil artıq İncinin bacısının yaşadığı məhləyə çatmış,onun solğun baxışlarla ikinci mərtəbənin pəncərəsinə tərəf baxdığını görmüşdü. Köhnə bir binanın ikinci mərtəbəsinə təngənəfəs halda qaçan İnci,Ləmanın qaldığı evə yaxınlaşıb qapını qırarcasına döyəcləyirdi .

  • "Ləman ,aç bu qapını. Qurban olum,balalarına yazığın gəlsin. Aç bu zibili. Aç."-hönkür-hönkür ağlayaraq qışqırmağa davam etdi .
    Nil bir anlıq duruxmuşdu. Ləmanın kim ola biləcəyini xatırlamağa çalışırdı amma İncinin fəryad dolu səsi fikirlərini dağıdırdı. Az sonra qonşular səs-küydən Ləmanın evinə tərəf üz tutur və nəyin baş verməsiylə bağlı təfərrüatları Nil və İncidən öyrənməyə çalışırdılar.
    Orxan Nillə danışmaq üçün dəfələrlə zəng etməsinə baxmayaraq ,zəngləri hər dəfə cavabsız olaraq qalırdı.
    Nil qapının gec açılmasını görüb ,bir anlıq pəncərəni qırıb içəri daxil olmaq fikri ağlından keçdi. Tez bir şəkildə heç kimə nəsə demədən binanın həyətinə tərəf qaçdı ,yerdən bir daş götürərək binanın divarlarına nəzər saldı. Köhnə binanın divarlarında çıxıntının olması onun işinə yaramışdı. İkinci mərtəbənin pəncərəsinə doğru qalın məftillə bağlanmış borudan balkona çıxmağı planladı beynində. Ayağının birini birinci mərtəbənin pəncərəsinə ,ikincini isə qalın məftillə bağlanmış borunun küncünə qoydu. Bir təhər evin balkonuna çıxıb şüşəni sındırandan sonra içəri daxil oldu. Gözlərinin qarşısında yerdə huşsuz şəkildə,ağzından köpük gələn Ləmanı gördükdə onun kim olduğunu xatırladı.İlk öncə nəbzini yoxladı. Çox zəif də olsa,nəbzini hiss etmək olurdu . Qapını açmaqçün məsul şəxslərə zəng edən dayının dialoqunu,İncinin fəryad dolu səsini eşidən Nil ,cəld bir şəkildə qapını açdı . İnci bacısının yerdə hərəkətsiz vəziyyətdə uzandığını görüb bir söz belə deyə bilməyəcək halda huşunu itirdi.Qonşular Ləmanı xəstəxanaya aparmaqçün taksi çağırdıqlarında , Nil də İncini ayıltmaqçün əlindən gələni edirdi .

-Ay İnci,qurban olum ,aç gözünü . İnci eşidirsən məni ? İnci?

Bir anlıq səs-küydən İnci bir gözü açıq,bir gözü qapalı halda ətrafa göz gəzdirmək istəyirdi .
-Dur,başını çox tərpətmə. Hər şey yaxşı olacaq,narahat olma. Ləmanı apardılar xəstəxanaya .

  • Nə ,hansı xəstəxana? Nolar məni də aparın. Mən bacımı görmək istəyirəm.-deyərkən,İncinin gözündən damla-damla yaş süzülürdü .
    -Ağlama ,qurban olum. Vallah bacın yaxşı olacaq. Orxana indi zəng edəcəm, gəlib bizi götürəcək.

"Hadisədən bir neçə saat sonra "

-Hə,Dreamhope .Uzun sözün qısası , xəstəxanada məlum oldu ki , Ləman atdığı yüksək dozalı yuxu dərmanları ilə özünəqəsd etmək istəyib . İncidən bu baş verənlərin səbəbini soruşanda onun bir həftə bundan əvvəl süd vəzi xərçəngi olduğunu və ağır depressiya yaşamasından danışdı. Bacısının dediyinə görə bu xəstəliyinin sağalmaz olduğunu düşünür. Düşünürəm ki, ortada başqa bir səbəb də olmalıdır. Çünki insan bir anlıq bu qədər tez bir zamanda ağır depressiya halı yaşamaz.
Dreamhope, görəsən mən ona kömək edə bilərəm? Bəlkə də onun inamını qazanıb, əsl intihar səbəbini öyrənmiş ola bilərəm. Bilmirəm bu marağım məni hara aparır amma əsas odur ki, Ləmanın əsl intihar səbəbini öyrənəndən sonra işinin peşəkarı olan psixoloq dostuma yönləndirə bilərəm.

Söhbət əsnasında Nilin telefonuna bilinməyən bir nömrədən zəng gəlmişdi. Telefonu götürməsiylə qaranlıq dolu düşüncələrə qərq olması bir olmuşdu..

Sort:  
 2 years ago 

Gün içerisinde gitmiş olduğunuz festivali bizlerle paylaştığınız için teşekkür ederiz. Günün sonunda yazmış olduğunuz kitabınızdan okumuş olduğum hikaye gayet güzeldi ellerinize sağlık. 🙏

 2 years ago 

Çox sağ olun oxuduğunuz üçün 💜

Congratulations!

Your quality content qualifies the Steem Global Curators guidelines.

PicsArt_05-07-08.12.13.jpg

Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59876.72
ETH 3191.77
USDT 1.00
SBD 2.43