Keçmişdən gələcəyə || club5050

in Steemit Azerbaijan☪✔2 years ago

Salam ,əziz Steemitçilər . Bu aralar qeyb olmağı yaman vərdiş halına gətirmişəm . Biri məni bu vərdişdən yayındırsın;(

Bu səfərki postum illər əvvəl yazdığım əsərlə bağlı olacaq. Güman edirəm ki, həvəskar yazıçı olmağım yadınıza gəlir . Qısaca, mən Wattpad proqramı vasitəsilə 2015-ci ildən bəri yazılarımı oxuculara tanıdıram. Dünən oxucularımdan biri 2017-ci ildə yazdığım "Adsız Roman " əsərinin linkini qrupa yollayaraq ,məndən niyə oğlanın adının Adsız olmasını soruşdu.

IMG_20220322_220825_346.jpg

Həmin sorğudan sonra oxucumun yenidən yazmağımı və baş obraza bir ad tapdığını dediyi andan etibarən içimdə qəribə İlhamverici hisslər oyanmağa başladı. Bir anlıq xatırladım ki, köhnə bir dəftərdə yazılarım hələ də durur . Evi ələk -vələk edəndən sonra istəyimə çatmış biri olaraq gecənin alacaqaranlıq vaxtında sevincdən "yesss,tapdım "deyib evdəkiləri vəlvələyə saldığım andan etibarən dəlilik və İlham hissimin artdığını hiss etdim.

IMG-20220322-WA0019.jpeg

Dəftərin üz qabığında kitabın başlanma və bitmə tarixini , arxasında isə adını və alıntısını qeyd etmişdim. Baxdıqca keçən son 5 ili xatırlamaq və yarımçıq qoyduğum kitabın qeyd etdiyim vaxtda bitməməsi məni məyus etsə də, "hər şərdə bir xeyir var" deyib ilk vərəqdən son yazdığım vərəqə qədər oxudum. Ah,kaş siz də oxuyardınız o yazılanları.

IMG_20220322_205508_867.jpg

Epizodlar gözümdə canlandı ,sanki,illər əvvəl yaşamışam kimi gəldi mənə. Həmin oxucum olmasaydı, bəlkə də o dəftəri heç açmazdım, nə də yadıma salardım .
Uzun sözün qısası,sizin həvəskar yazar yenidən eyni proqram vasitəsilə Adsız olan hekayəni diriltməyə çalışır. Ümid edirəm ki, gələcəkdə xeyri dəyər bir kitab olar.
Bu günlük bu qədər .
Elmlə qalın,sağlam olun!

Sort:  
 2 years ago 

Qeyb olma demək olar ki çoxumuz da olur. Insan yuklendikce sakitliyə çəkilmək istəyir heç kimlə münasibət istəmir

 2 years ago 

Məncə də əsl səbəb bu ola bilər .

 2 years ago 

Aleykum SALAM. Qeyb olma səbəbinin mövcud vəziyyətlə bağlı ola bilərmi. Oxucunuza təşəkkür edirəm ki, Sizə motivasiya mənbəyi olub Sizi yenidən əvvəlki işinizə qayıtmağa şans yaradıb. Steemitçi həmkarınız olaraq məsləhətim budurki, əsərlərinizdən bəzilərini burada post olaraq bir neçə şəkillə anlatsanız şad olaram. Bütünlüklə olmasa da, əsərin məğzi və cərəyan edən hadisələrdən xırda bir anlatma kimi paylaşmaq olar. Beləliklə, həm post yazmış olarsız, həm də əsəsrləniz oxunar və ən əsası Sizin qeyb olma vərdişinizdən canınız qurtular.😉😁

 2 years ago 

Hər dəfə bir bölümü haqqında məlumat verməyi düşünürəm əslində. Maraqlı olar ,dediyiniz kimi.🌼💜Dəyərli fikirləriniz üçün təşəkkürlər

 2 years ago 

Buyurun xoşdur. Əsəsrlərinizi oxumaqdan şad olaram

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.028
BTC 56758.93
ETH 3033.46
USDT 1.00
SBD 2.30