İmtahan ərəfəsi #Club5050 // THE DIARY GAME Better Life.||(100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Hər kəsə salam . Ümid edirəm ki, mənim qədər yorğun halda başlamamısınız günə.
Yenə eyni praktika sahəsində eyni mənzərələri görüb evə qayıdarkən, sabaha ingilis dili kursumun olması yadıma düşdü. Məni yoran şey dərs etmək və s. deyil, məni yoran şey uzun yoldur. Çünki insan uzun yoldan qayıdanda sadəcə başını bulud qədər yumşaq yastığına qoyub,səhərə daha gümrah ayılmaq istəyir. İmtahan qorxusu isə məni xülyalardan alıb indiki ana qaytarır.
Bu qədər çaxnaşma halında necə istirahət edirsən deyə soruşsanız, günün müəyyən hissəsini rəqs edərək , şəkil çəkərək və ya uşaqlıq dostumla gəzərək istirahət edirəm.
Bəzən də evdə kimsə olmayanda yüksək səslə xarici mahnılar da oxuyuram. Ah yazıq qonşular , məndən beziblər bəlkə də .

IMG_20220513_230945.jpg

Ürəyim çox sıxılanda isə səhərin gözü açılmamış evimizə yaxın olan Nizami Gəncəvi adına parka gedirəm. Rahat dərs etmək və əylənməyin mümkün olduğu bir məkandır.

IMG_20220513_230919.jpg

İmtahana həftələr qaldığı zaman dostlarımla bir yerdə yığışıb, müxtəlif sınaqlar işləmək üçün Axundov kitabxanasında otururuq . Həqiqətən də oranın atmosferi ,ora gələn çalışqan insanları gördükdə insan daha da oxumağa həvəslənir.Səhərin soyuq havasından günortanı keçən vaxta qədər kitabxana da oturduğumuz günlər olur. Kitabxananın özünə məxsus bufetində bir dəfə oxu zalında yer tapmadığımızda çay alıb saatlarla oturmuşduq. Bəxtimiz gətirmişdi, bufetə az adam gəlirdi. Yoxsa , kimdi bizi o qədər saat bir çayla saxlayan.
Bir dəfəsində yenə kitabxanaya getmişdik sınaqdan qayıdıb. Dedik bir az dərs edək və evə gedib dincələk. Acından ölürdük o an . Rəfiqəm oruc olduğundan dolayı heç nə yeməsə belə, bizi düşünürək, hərəmizə bir hamburger və dovğa almışdı. İkisini bir yerdə görəndə qəh-qəhə çəkib gülmüşdük. Həyatımızda ilk dəfə dovğa ilə hamburger yeyirdik:)

IMG_20220513_230824.jpg

Hal -hazırda bir gözüm açıq,bir gözüm bağlı halda sizə yazıram.. Gözlərim tam bağlanmamış söhbəti yarıdan kəsməyə məcburam . Hər birinizin gecəniz xeyrə qarşı 💜

Sort:  
 3 years ago 

Aleykum SALAM.. Gecəniz xeyir. 58də postu yazıb ötürdüm. İmtahanın sonun az qalmış imtahan kitabçasını nəfər gəldi tez qara-qura edən kimi özümü hiss elədim...Tək gözlə bunları yazmısan da böyük şeydir))) İmtahanlarda uğurlar. Praktikada da...Oki qaldı sonuncu foto... 2007ci ilə qayıtdım. Camaat Kitabxanaya dərs oxumağa gedirdi, biz isə həm oxumaq, həm də laqqırtı vurmağa😔😔😔

 2 years ago 

😂😂biz də arada danışırıq.

Coin Marketplace

STEEM 0.20
TRX 0.19
JST 0.033
BTC 88985.87
ETH 3290.31
USDT 1.00
SBD 2.98