#Club5050 // THE DIARY GAME Better Life.|| Quşaqlar "Part 1"(100% beneficiaries for Steemit Azerbaijan

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, əziz Steemitçilər. Gününüz neçə keçir?
Mən bu gün hazırlıqdan çıxıb kitabxanaya getmək istəyirdim amma yorğun olduğuma görə istiqaməti dəyişib bir başa evə getmək istədim.
Heydər Əliyev adına parkdan keçəndə iki orta yaşlı insanın Z quşağı ilə bağlı söhbətlərinə türklər demiş, "kulak misafiri "oldum.

IMG_20220507_135101_1.jpg

Elə bu an özüm -özümə dedim ki, mən niyə qurşaqlar haqqında ətraflı post yazmayım. Bu arada qurşaqlar çox geniş mövzu olduğundan dolayı, iki hissəli yazacam.

IMG_20220507_135033_1.jpg

Keçək birinci hissəyə.
Ümumiyyətlə "Quşaq" nə deməkdir?"sualına aydınlıq gətirim . Təqribən eyni illərdə doğulmuş,oxşar sıxıntı və talelər yaşayan, oxşar vəzifələrə cavabdeh olan insanlar qrupu kimi müəyyən edilir. Quşaqlar ayrı-ayrı fərdlər tərəfindən seçilə bilən qruplar deyil, ortaq tarixi zamanı paylaşan yaş qruplarıdır. Nəslin nümayəndələri doğulur, məktəbə başlayır, uşaq sahibi olur və demək olar ki, eyni yaşda təqaüdə çıxırlar. Bəs bu qurşaqlar hansı illərdə necə adlandırılıb?

news_29.jpg
Link

Baby Boomers nəsli, 1940-1960-cı il təvəllüdlü, X nəsil, 1961-1979-cu il təvəllüdlü, Y, 1980-1999-cu il təvəllüdlü, Z, 2000-2021-ci il təvəllüdlü şəxslərə aiddir.

İllərdi nəsillərarası münaqişələr problemlərə çevrildiyi halda, köhnə nəsillərin yeniləri anlamağa çalışması cəmiyyət üçün son dərəcə vacibdir. Bizim ölkədə bu anlayış məsələsi bir az gülməli səslənir)

47422329-.webp
Link
İlk nəsil olan, 1940-1960-cı illər arasında doğulan Baby Boomers nəsli dünyada insan haqları hərəkatlarının və Türkiyənin ağrılı dövrlərinin yaşandığı illərdə yaranıb. Yeri gəlmişkən , Yeri gəlmişkən, bu dövrdə radio sahəsi getdikcə inkişaf edirdi. Bu nəslin nümayəndələri yüksək sədaqət, məmnunluq hissi və eyni zamanda bir yerdə uzun müddət işləyə bilən bir quruluşa sahibdirlər. Ağır işə və uzun saatlarla işləməyin vacibliyinə inanan bu nəslin nümayəndələri uzunmüddətli məşğulluq anlayışı ilə çalışırlar.

X Quşağı
Bu nəslin nümayəndələri iqtisadiyyatın çökdüyü və tamamilə fərqli dəyərlər sisteminin qurulduğu bir dünyada böyüdülər. Texnologiya bilikləri isə adətən e-poçt izləmə, onlayn biznes araşdırması kimi ümumi bacarıqlarla məhdudlaşır. Bu dövrün şəxsləri şəbəkə imkanları ilə təchiz olunduğuna görə yeni iş tapmaqda çətinlik çəkmirdilər. Onlar ailə yönümlü, özlərinə güvənən, açıq fikirli və əyləncəni sevən xüsusiyyətlərə sahib olmaqla yanaşı, daha çox riskə meyllidirlər . Onlar məqsədyönlüdürlər və çalışdıqları təşkilatda fərq yaratmaq istəyirlər. Onlar iş-həyat balansına inanır və bütün işləri öz iş gününə sıxmağa çalışırlar.

134197175-theory-of-generations-color-line-icons-set-genaration-z-millennials-genaration-x-baby-boom-age-categ.webp
Link
Vəziyyətə görə sadiqlik hissləri dəyişən X nəsil fərdləri daha yaxşı karyera imkanları axtarırlar. Onlar çoxlu tapşırığı yerinə yetirməyə çalışırlar, tək işləmək istəyirlər. Bu yaş aralığında, valideynlərinin boşanmasına ilk şahid olan qrup olmaları nəticəsində yadlaşma hissi keçirdilər.
Digər nəsillər haqqında məlumatı ikinci hissədə qeyd edəcəm. Hələlik, bura qədər.
Elmlə qalın, sağlam olun!

Sort:  
 2 years ago 

Aleykum SALAM. Günüm başlanğıca Ləbləgujə idi, axşama yaxın İndrəgujə oldu.. )) Yaz getsin. Lap əla... Açığı qurşaq sözünü başqa cür anlamışdım. İqlim qurşağı falan...Tamam fərqli şey çıxdı qarşıma...Ona əsasən deyə bilərəm ki, Z-dən sonra gələcək qurşaq yoxdurmu? Bu postdan belə bir nəticəyə gəlirəm ki, Mən BABY Boomersə uyğun gəlirəm.

 2 years ago 

😂ahaha . Əslində quşaqlar bizim öz ana dilimizdə nəsillər gedir . Millət yanlış anlamasın deyə quşaqlar yazmışam

 2 years ago 

Biz Y nəsliyik. Sovetin çöküşü, keçid dövrü yaşayan nəsil))

 2 years ago 

Düzdü. Postdakı bölüşdürməyə əsasən elədir ki, var. Amma insanın özünü necə hiss etməsindən də çox şey asılıdır. Harada və necə...

 2 years ago 

Söhbətin iqlim qurşaqlarından getdiyi kimi səhv anlayan (ilk başda) tək sən deyilsən))

 2 years ago 

Normalda insanlar söhbətlərində z qurşağı deyirlər. Mən də digər insanlar söhbət hansı nəsillərdən gedir deyə elə yazdım 😂

 2 years ago 

😁😁🤝

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 58211.02
ETH 2483.87
USDT 1.00
SBD 2.37