😍 Club5050😍 //THE DIARY GAME Better Life.|| Məzun günü Part 1 (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Hər kəsə salam . Gününüz ümid edirəm ki, əla keçər. Neçə gündü Məzun günümüzlə bağlı məsələlərə başım çox qarışmışdı.
İyunun 29-dan bəri biz - 23 oğlan və mən restoran axtarışına çıxdıq. İlk başda dənizkənarı yerlər axtarırdıq lakin yerə görə depozit qiymətləri baha olduğundan dolayı gedə bilmədik.
B planı olaraq şəhərdəki restoranlara baxmağa başladıq . Təbii ki , bu sırada qrup üzvlərinin fərqli psixoloji baxış bucaqları bizi dəli etsə də, bir təhər göz yumub restoran axtarmağa davam elədik . Təsəvvür edin , bir restoran şəkli atırsan, biri həyətini sevmir , başqa biri isə içərinin görünüşünü. Həqiqətəndə təşkilatçı olmaq çox çətin işdir . Çalışdığım qədər mən də əsas təşkilatçılara bu barədə kömək edirdim. Axır son günə qala, Niaqara adlı restoran kabineti tapdıq . Canlı musiqinin olduğu yerə bizi buraxmadılar . Səbəb isə mən tək qız idim. Restoranın qaydasına görə bir masada qız və ya oğlan sayı nə az, nə də çox olmamalıdır.
"Bu nə yaşayışdır" dedik, keçdik .
Elə ən qəşəngi kabinetdə özümüz üçün əylənmək oldu.

IMG-20220702-WA0094.jpg

İlk başda kabinetə daxil olanda bir anlıq özümə dedim ki, mən necə oynayacam ,necə əylənəcəm bu oğlanlarla? Çünki oynamağı məndən çox sevən birini hələki tanımıram . Utandığımdan necə oynayacağımı bilmədim.
Süfrəyə müxtəlif cür yeməklər gəldi . Və o qədər az idi ki, heç bir dəq çəkmədi ki, bütün uşaqlarla birlikdə "Hə indi nə yeyək ?" deyə bir-birimizə baxıb gülürdük.

IMG_20220702_175445.jpg

Bayaq dediyim utanmaq söhbətindən 30 dəq sonra vəziyyət dəyişdi. Uşaqlar mən sıxılmayım və utanmayım deyə əllərindən gələni etdilər .
Bir yerdə hər cürə mahnıya oynadıq. Ən qəribə hiss yaşadığım an isə qrup üzvlərinin ətrafımda dönərək rəqs etmələri oldu. Qəribə bir kədər qarışıq utanc hissi dolmuşdu. Çünki mən heç vaxt bu qədər bir-birimizlə deyib gülən ,şənlənən görməmişdim. Sonda isə qrup adından mənə gül hədiyyə etdilər. Hələ də xatırladıqca qəribə oluram. Ümid edirəm ki, bir neçə il sonra bir yerdə görüşüb yenə belə qəşəng deyib gülərik.
IMG-20220703-WA0004.jpg

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59479.71
ETH 3174.48
USDT 1.00
SBD 2.44