💜 Club5050💜//THE DIARY GAME Better Life.|| 한곡(Korean) &English (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Hər kəsə salam . Ümid edirəm ki, gününüz əla keçir. Yay günlərində nəsə etmək doğrudan çətin hal alır. İstinin yaratdığı rahatsız yaşam tərzi və passivlik insanı mumyalaşdırır , bir sözlə.
Bəs siz bu yay günlərində necə vaxt keçirirsiniz?
Sözün düzü, öz üzərimə çox ağır dil öyrənmə yükü götürmüşəm. Koreya və ingilis dilini inkişaf etdirməkçün hər gün ən azı 1-2 saatımı xərcləyirəm. Özümə söz vermişəm ki, son 1 ildə hər iki dili mükəmməl olmasa belə özümü tam ifadə edə biləcək qədər danışa bilim.
Niyə əsas ingilis dili deyil də koreya dili?
Mənim həyat fəlsəfəmə görə dünyada bizi xoşbəxt edəcək tək şey öz içimizdən keçənləri ürəkdən etməkdir . Uşaqlıqdan bəri bir şey öyrənməyə məcbur ediləndə, qaçırdım . Bəzən məcbur da olsa edirdim. İngilis dili də elə. Dili sevdirmək yerinə bu məcburiyyətdir və mütləq öyrənməlisən dediklərində artıq içində olan qopan həvəsi də öldürürlər.

IMG_20220710_221606.jpg

Nə qədər cəhd etsəm də, bu yaşıma qədər məcburiyyət hissi ucbatından dili tam qavraya bilmədim. Günlərin birində Koreya ölkəsinə olan mağarım mənə dili çox sevdirdi . Seriallarına və mahnılarına alt yazı ilə baxdığımdan dolayı artıq bir neçə söz və cümlə öyrənə bilmişəm.
Bir neçə ay sonra qərar verdim ki, ilk ən yaxşı öyrənəcəyim dil koreya dili olacaq. Amma ingilis dilini unutmamaqçün koreya dilinin qaydalarına ingiliscə baxıram. Beləliklə iki dili də inkişaf elətdirmiş oluram. Üstəlik ingilis dilində kitab da oxuyuram ki, dili yadırğamayım.
Çünki bütün dillər unudulmamaqçün hər zaman xatırlanmaq istər.

IMG_20220710_220953.jpg

Koreya dilinə necə başlayacağımı düşündüyüm vaxtda qarşıma 60 günlük koreya dili öyrən deyə türkcə izahlı dərs çıxdı.
Sözün düzü bu qədər yaxşı olacağını düşünməmişdim.
İlk dərslərdə şəkilçilər və gündəlik işlənən sözlərdən bəhs olunurdu.

IMG_20220710_220934.jpg

Həqiqətən digər dillərə nisbətən çox rahat başa düşülən və rahat öyrənilən kimi bir dil görmədim. Bir şəkilçi ilə bir neçə sözü ifadə etmək nə deməkdir ?
Məsələn,입니다 (imnida) hissəsi öz adınızı və ya hər hansı əşyanı, rəngi hər hansı bir xüsusiyyətini dedikdə istifadə olunur .
저는 교낼 입니다(Chonun Günelimnida).-Mən Güneləm .
이 커피입니다. (İ kopi imnida ) -bu kofedir.
Koreya dilində böyüklərlə və ya tanımadığınız birilə nəzakətli danışmaqçün eyni bizim dildə olan ifadələrdən istifadə edirlər. Demək olar ki, bizim dildə olan struktur koreya dilində var.
Elə bilirdim , tək mənəm iki dili birlikdə öyrənən . Sən demə koreyalı dostum da mənim kimi həm Azərbaycan, həm də rus dilini birlikdə öyrənir.
Düzü, mənə tövsiyyə edir ki, ingilis , rus və Çin dilini öyrənim. Səbəb, olduqca çox işlədiyinə görədir. Amma o mənim istəyimi və məqsədimi anlayanda bu yolda davamlı olaraq çalışmağımı və mənə inandığını dedi.
Ümumiyyətlə bir neçə qısamüddətlil tanıdığım koreyalılar , səni tanımasalar belə, sənin hər uğrunda və ya imtahan stressində olduğunda belə o qədər gözəl sözlər deyirlər ki ürəkdən, özüm belə sözlə ifadə etməyə çətinlik çəkirəm. Biz sadəcə birinə uğurlar deyərkən, onlar dastan qədər xoş söz yazır.
Hətta bir mühəndis tanışım mənə dedi ki, ümid edirəm, öz sahən üzrə çox yaxşı yerlərə gələrsən və bir gün bizim baş mühəndisimiz kimi işləyərsən.
Ora qədər gəlib çata biləcəmmi ya yox , ən azından bir ümid payı verdi o yeri rahat görməkçün.
İnanıram ki, bir gün ətrafımızda belə bizi dəstəkləyən insanların sayı artacaq.
İnanıram ki, onların sevgilərinə bir gün şərik olacam. Tək şansım budur. Yoxsa, ayrı cür yaşamağa bir məqsədim, ya da həvəsim qalmır...

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 58183.32
ETH 2475.34
USDT 1.00
SBD 2.38